hemle

İyunda Şimal-Cənub dəhlizinə müntəzəm yük qatarı buraxılacaq

Tarix:3-06-2021, 13:03
Baxış Sayı:294

Rusiyadan Hindistana müntəzəm olaraq yük daşınmasını həyata keçirəcək konteyner qatarları Azərbaycan ərzisindən keçəcək.

Bu barədə “Rusiya Dəmir Yolları”nın “RDY Logistika” şirkətinin baş direktoru Dmitri Murev açıqlama verib.

Bildirilib ki, şirkət ilk dəfə Hindistandan Rusiya Federasiyasına Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə müntəzəm olaraq yük-konteyner qatarı göndərməyi planlaşdırır.

“İyun ayında nəqliyyat dəhlizi üzrə müntəzəm hərəkət edəcək yük qatarını buraxmağı planlaşdırırıq. Şimal-Cənub nəqliyyat dəhlizinin İran hissəsini əsasən avtomobil yolu təşkil edir. İranın 250 kilometrlik Rəşt-Astara dəmir yolu xətti hələ başa çatmayıb və bitmə tarixi də dəqiq deyil. Avropa ilə Hindistan arasında və əks istiqamətdə yük trafiki əsasən istehlak mallarından ibarətdir”, - deyə şirkətin rəhbəri qeyd edib.

Sankt-Peterburq (Rusiya) ilə Mumbayı (Hindistan) birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin uzunluğu 7,2 min kilometrdir. Yüklər Rusiya ilə Azərbaycan arasında Samur sərhəd keçid məntəqəsindən və Yalama gömrük postundan keçərək Astara sərhəd keçidindən İran dəmir yolu şəbəkəsinə çıxış əldə edəcək.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir