hemle

Azərbaycanda taxıl biçini mövsümünə start verildi - FOTO

Tarix:1-06-2021, 20:51
Baxış Sayı:254

Azərbaycanda taxıl biçini mövsümünə start verilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, bu il ölkədə 986 min 685 hektar sahədə payızlıq taxıl əkini aparılıb.

Bildirilib ki, əkin sahələrinin 611 min 967,3 hektarını buğda, 374 min 717 hektarını isə arpa sahələri təşkil edir. Hazırda Azərbaycanın 27 rayonunda arpa biçini davam edir.

İyunun 1-nə olan operativ məlumata görə, artıq 19 min 666 hektar sahədə biçin aparılıb. Sahələrdən indiyədək 54 min 600 ton məhsul yığılıb. Biçinin start mərhələsində arpa üzrə orta məhsuldarlıq 27,8 sentner təşkil edir.

Ən çox biçin ənənəvi olaraq mövsümə ilk start verən Neftçala rayonunda aparılıb - 8 045 hektar. Biləsuvar, Saatlı, Sabirabad və Cəlilabad rayonlarında biçin aparılmış sahə min hektardan artıqdır.

Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. İyunun ikinci ongünlüyündə isə bu bölgələrdə buğda biçininə start veriləcək.

İyunun 1-nə olan operativ məlumata görə, biçin prosesinə 856 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 289, fiziki və hüquqi şəxslərin isə 429 kombaynı iştirak edir. Hazırda taxıl biçini davam edir.



Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ