hemle

Çernobıl faciəsinə görə əlilliyin müəyyən edilməsi kriteriyaları dəyişdirilir

Tarix:1-06-2021, 12:25
Baxış Sayı:270

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunda əlilliyin müəyyən edilməsi qaydalarına dəyişiklik təklif olunur.

hemlemedia.az-ın məlumatına görə, layihəyə əsasən, “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilir.

“II dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri isə “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəzlənir.

“III dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəzlənməsi təklif olunur.

Layihə parlamentin növbədənkənar sessiyalarında müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir