hemle

Deputatlar Şuşaya APARILACAQ

Tarix:31-05-2021, 12:06
Baxış Sayı:326

Deputat Aydın Mirzəzadə deputatların Şuşaya səfərinin təşkil edilməsini xahiş edib.

Deputat bu barədə təkliflə Milli Məclisin iclasında çıxış edib:

“Ziyalıların və mətbuat nümayəndələrinin vaxtaşırı Şuşaya səfərləri təşkil edilir. Mən Milli Məclis deputatlarının da Şuşaya səfərinin təşkil edilməsini xahiş edirəm. Bu həm də indiki reallığın yerində dəyələndirilməsinə, perspektivlərin müəyyənləşdirilməsinə və canlı müşahidəyə kömək edəcəkdir”.

Spiker Sahibə Qafarova isə Aydın Mirzəzadəyə parlamentarilərin Şuşaya ayrı-ayrılıqda səfər etdiyini xatırladıb:

“Qrup şəklində olmasa da, deputatların ayrı-ayrılıqda və xarici qonaqlarla birlikdə Şuşaya səfərləri olub. Amma siz dediyiniz məsələ də reqlamentə uyğundur”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir