Gürcüstanda azərbaycanlılarla svanlar, bugünlərdə isə kürdlərlə yaranan qarşıdurma birmənalı olaraq təxribat cəhddidir.
Çünki baş verənlər heç də təsadüfə oxşamır. Baş verən təxribatlara baxdıqda, regionda yeni münaqişə ocağı yaratmaq cəhdləri açıq şəkildə görünür.
Bu prosesin arxasında üçüncü, dördüncü tərəflərin olduğu açıq şəkidlə görünür.
Bəs bu tərəflər kimlərdir? Hansı böyük güclər bölgədə yeni münaqişə ocağının yaranmasında maraqlıdır?
Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında deyib ki, bu məsələdə təxribatçı ölkə, üçüntü tərəf Ermənistandır:
“Çünki Ermənistan uduzan bir tərəf kimi bu məğlubiyyətlə barışmayaraq regionun digər nöqtələrində real təxribatlarla məşğuldurlar. Qarşıdurma yaratmaq əslində Ermənistanın çoxdankı siyasətidir. Bu da elə o siyasətin tərkib hissəsidir. İndi aparıcı güclərdən hansının onların arxasında dayandığını demək çətindir, amma bu təxribatlarda birbaşa Ermənistanın əlinin olduğuna şübhə etmirəm.
Dmanisidə də svanlarla azərbaycanlılar arasında yaranan qarşıdurmanın da arxasında elə ermənilər idi. Çünki bu, əslində post-müharibə dövründə bu cür təxribatlara əl atmaq ancaq Ermənistanın işidir. Onlar bilirlər ki, uduzublar, ind regionun başqa nöqtələrində qanlı bir ocaq yaratmaq fikrindədirlər”.
Politoloq əlavə edib ki, Fransanın bu münaqişəyə münasibəti aydındır:
“Görürük ki, onlar tam qərəzli mövqedə dayanıb. Baxmayaraq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və belə bir mövqe tutmamalıdır, bitərəfliyini qorumalıdır. Amma açıq şəkildə Ermənistana açıq şəkildə nəinki dəstək verirlər, hətta təxribatlara sürükləyirlər. Bu, Fransaya yaraşmayan siyasətdir. Fransanın daxilində kifayət qədər problemi var, onlarla məşğul olmalıdır. Fransanın “sarı jiletlilər”, “daxili siyasi qarşıdurma”, “yerli müsəlmanlarla gərginlik” kimi problemləri var. Onlar bu məsələləri həll etmək əvəzinə, gəlib buradakı məsələləyə müdaxilə edirlər və faktiki olaraq təxribatlara yol verirlər”.