hemle

Operativ qərargah Bakıda keçiriləcək beynəlxalq yarışla bağlı qərar verdi - ÖZƏL

Tarix:24-05-2021, 12:33
Baxış Sayı:288

25-26 may tarixlərində Bakıda keçiriləcək paracüdo üzrə Qran Pridə tamaşaçılarla yanaşı, media nümayəndələri də iştirak edə bilməyəcək.

hemlemedia.az-ın əldə etdiyi məlumata görə, səbəb Nazirlər Kabineti yanında operativ qərargahın buna icazə verməməsidir.

Operativ qərargah qapalı zalda – Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək yarış zamanı minimal sayda insanın olmasını istəyir. Bu səbəbdən də idman zalında əsasən idmançılar və federasiya rəsmiləri olacaq.

Qeyd edək ki, bu yarış Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları verir. Azərbaycan millisi bu yarışda tam heyətlə – 18 idmançı (9 kişi və 9 qadın) ilə təmsil olunacaq.

Onu da bildirək ki, bu, Azərbaycanda ilk belə hal deyil. Bu il futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Slovakiya (29 yanvar), Moldova (4 mart) və Yunanıstanla (14 aprel) Bakı İdman Sarayında keçirdiyi yarışlara da tamaşaçılarla yanaşı, media nümayəndələri buraxılmayıb. Yalnız bu ay Milli Gimnastika Arenasında keçirilən beynəlxalq yarışlara məhdud sayda media nümayəndələri buraxılıb.

Digər xəbərlər
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
22:31 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
22:28 Sabah bu ərazilərdə qaz olmayacaq
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR