hemle

“Azərsu” rəsmisi: “Hadrutda su ilə bağlı 30-dan çox qəza aradan qaldırılıb”

Tarix:7-05-2021, 09:31
Baxış Sayı:267

“Keçən il işğaldan azad edilən Hadrut qəsəbəsində olan hərbçilərimizin su təchizatında müəyyən problemlər yaranmışdı. Lakin ötən ilin 10 noyabr tarixində imzalanan üçtərəfli sazişdən sonra “Azərsu” Asc-nin mütəxəssisləri ərazidəki vəziyyəti qiymətləndirmək üçün Hadruta ezam olundu”.

Bu sözləri açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılı deyib.

O bildirib ki, Hadrut qəsəbəsinin suyu əsasən bulaqlar vasitəsilə təmin edilirdi:

“Bulaqlardan su gəlmədiyi üçün təhlükəsizlik məqsədilə ilkin olaraq generatorlar vasitəsilə artezian quyuları işə salındı. Bununla da Hadrutda olan şəxsi heyətin su təhcizatı təmin edildi.

Daha sonra Müdafiə Nazirliyinin xüsusi nümayəndələri ilə birlikdə mənbəyə baxış keçirdik, orada təmizləmə işləri aparıldı.

Anbarlar əlaqələndirildi, su nümunələri götürülüb, yoxlanıldı. Bundan sonra Hadrut qəsəbəsinin fasiləsiz su təhcizatı təmin edildi. Artıq orada olan hərbi hospital və mülki binalar “Azərsu” ASC tərəfindən 24 saat fasiləsiz su ilə təmin olunur”.

A.Cəbrayıllı qeyd edib ki, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda mövcud şəbəkələrin istismarı ilə bağlı fasiləsiz xidmət təşkil olunub:

“Ötən müddətdə Hadrutda su ilə bağlı 30-dan çox qəza aradan qaldırılıb. Yeni məskunlaşma olan və hərbçilərin yaşadığı binalarda təftiş aparılıb. Qış aylarında donmaların olmaması üçün tədbirlər görülüb”.

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar