hemle

Nazir: “Nəqliyyat məlumatı sisteminin inkişafı CAREC ölkələrinin tranzit potensialını yaxşılaşdıracaq”

Tarix:4-05-2021, 15:06
Baxış Sayı:286

İnteqrasiya olunmuş tranzit və nəqliyyat məlumatı sisteminin inkişafı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (Central Asia Regional Economic Cooperation – CAREC) ölkələrinin nəqliyyat və sərhədlərarası əməliyyatlarını və tranzit potensialını yaxşılaşdıracaq.

“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 54-cü illik toplantısının “CAREC 20 yaşında: Rəqəmsal transformasiya vasitəsilə regional əməkdaşlığa yeni baxış” adlı sessiyasında bildirib.

Nazir qeyd edib ki, sözügedən sistemin inkişafı iki amilə yol açacaq:

“Birincisi, iqtisadiyyatların daha sıx inteqrasiyasına və malların daha sərbəst hərəkətinə, ikincisi, müəyyən gömrük prosedurlarında əlavə problem və xərc yaradan digər xidmətlərin həllinə, hansılar ki, onlayn formatda göstərilə bilər”.

M. Cabbarov onu da qeyd edib ki, bu kontekstdə beynəlxalq vergi sisteminə və dövlətlər arasında informasiya mübadiləsinə diqqət yetirmək olar.

Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Azərbaycan CAREC Proqramının 2003-cü ildən üzvüdür və hazırda bu əməkdaşlıq proqramının Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan daxil olmaqla 11 üzvü var. Regional əməkdaşlığın təşviq edən bu proqramın nəqliyyat, ticarətin asanlaşdırılması, enerji və ticarət siyasəti kimi 4 prioritet istiqaməti mövcuddur.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...