hemle

Maşının nömrəsini dəyişdilər, hicab bağlayıb evə basqın etdilər – Video

Tarix:29-04-2021, 18:30
Baxış Sayı:273

Paytaxtın Nizami rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Zərərçəkən şəxs Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, aprelin 26-da yaşadığı mənzildə tək olan zaman bir nəfər qadın mənzilin qapısını döyərək qonşu olduğunu və onlara Ramazan ayı münasibəti ilə sovqat gətirdiyini qeyd edib.

Ev sahibi qapını açandan dərhal sonra pusquda dayanan iki nəfər naməlum şəxs mənzilə daxil olublar. Həmin şəxslər zərərçəkənin burun nahiyəsinə yumruqla zərbə endirərək əllərində olan bıçaqla həyat sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib, pul və qızıl-zinət əşyaları tələb ediblər.

Qadın evdə pul olmadığını bildirəndən sonra isə həmin şəxslər evdən dəyəri 1000 manat olan qızl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

Nizami Rayon Polis İdarəsinin və 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Evin yerləşdiyi ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəxlərdən ikisi – Abşeron rayonunda yaşayan Kənan Müzəffərli və Dilbər Hacıyeva saxlanılıblar.

Cinayətdə iştirak edən digər iki nəfərin şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində isə hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri hadisə yerinə Kənan Müzəffərlinin avtomobili ilə gediblər. O, yolda müşahidə kameralarından yayınmaq üçün idarə etdiyi avtomobilin 90-PZ-465 dövlət qeydiyyat nişanındakı “P” hərfini xüsusi vasitələrlə “R” ilə əvəzləyib.

Dilbər Hacıyeva isə ilkin ifadəsində hadisədən əvvəl həm ev sahibini qapını açmağa inandırmaq, həm də ki, kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiyini bildirib.

Dəstə üzvlərinin qeyd edilən mənzilin yerləşdiyi binaya daxil olmaları və hadisə yerindən yayınmaları orada olan kameralar vasitəsi ilə də lentə alınıb.

Hadisə ilə əlaqədar 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
14:39 Qeyri-iş günlərində və COP29 ərəfəsində banklar necə fəaliyyət göstərəcək?
14:37 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlandı
10:15 Bu gün Şağan qəsəbəsində işıq olmayacaq
10:13 Ağdam məscidində 31 ildən sonra camaat namazı qılınacaq
10:09 İlham Əliyev bu yolun açılışını etdi
10:07 Bakıda bu binalara istilik verilməyəcək
10:02 Tramp Ukrayna ilə bağlı yeni plan təqdim etdi: Kiyev razılaşacaq?
10:00 Qarabağ Universitetinə yeni prorektor təyin olundu