hemle

Deputat: “Tibb işçilərinin bu cür hərəkəti vicdansızcasına cinayətdir, bağışlanmazdır”

Tarix:22-04-2021, 15:43
Baxış Sayı:258

Bu gün gündəm qaynar qazana bənzəyir. Təəssüf doğuran hadisələr baş verir. Dövlətin əhalinin sağlamlığı üçün bütün imkanlarını səfərbər etdiyi bir dövrdə bəzi insanların bu cür xoşagəlməz əməllərə yol verməsi məni çox məyus edir.

Bu sözləri deputat Məlahət İbrahimqızı Oxu.Az-a hüquq-mühafizə orqanları tərəfindən “Yeni Klinika”nın direktoru və bir neçə digər şəxslərin, eləcə də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O bildirib ki, prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına əsasən, pandemiya ilə mübarizə çərçivəsində ölkə əhalisinin sağlamlığının müdafiəsi üçün zəruri olan bütün addımlar atılıb:

“Hələ pandemiya ölkəmizdə müşahidə edilmədən koronovirusla mübarizə çərçivəsindən qabaqlayıcı tədbirlər görülüb. Bu gün yaşanan bu pis olay qanımızı qaraltdı. Bilirsiz ki, Azərbaycan koronovirusla mübarizədə ən öndə gedən ölkələrdən biridir. Baxmayaraq ki, keçən il ölkəmiz 44 günlük Vətən müharibəsindən keçdi, zəfər qazandı, bu qədər maliyyə yükünə rəğmən bu məsələyə xüsusi diqqət ayırdı.

Ölkə əhalisinin sağlamlığının qorunması üçün bütün imkanlardan - ən son texnologiyalara cavab verən cihazlar, dərman peraparatları, laboratoriyaların sayı artırıldı və digər imkanlardan istifadə edildi. 10-dan çox modul tipli xəstəxanalar fəaliyyətə başladı və COVID-19 infeskisyasına yoluxanlar üçün şərait yaradıldı. Bizim ölkəmiz pandemiya ilə mübarizədə atdığı addımlarla ən inkişaf etmiş ölkələrlə müqayisədə yüksək nəticələr əldə etdi. Ədalət naminə deməliyik ki, itkilərimiz olsa da, digər ölkələrlə müqayisədə sayı qat-qat az oldu.

Rusiyadan, Çindən, Türkiyədən, İtaliyadan, Almaniyadan ölkəmizə yüzlərlə həkim mütəxəssislər gətirildi. Bu qədər addımlar, aparılan mübarizənin fonunda bu cür bir neçə şəxsin xoşagəlməz əməli bu işlərə kölgə salmamalıdır. Bizim işinə vicdanla yanaşan nə qədər tibb işçilərimiz vətəndaşların sağlamlığını qorumaq üçün öz canlarını riskə atıb, vəfat ediblər. Bu qədər ağır, lakin uğurlu mübarizədə belə faktların olması üzücüdür”.

M.İbrahimqızı onu da qeyd edib ki, son günlər sosial şəbəkələrdə bu kimi məsələr barədə bir sıra şaiyələr gəzirdi:

“İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə bu kimi hallarla bağlı bəzi iddialar, şaiyələr gəzirdi. Lakin, bu kimi məsələlər yalnız hüquq-mühafizə orqanları aydınlıq gətirə bilər. Sözsüz ki, bu məsələlərə diqqət edilib və bu gün “Yeni Klinika” eləcə Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan modul tipli xəstəxanada korrupsiya ilə bağlı qeydə alınan olay hər kəsi təəssüfünə səbəb oldu. Mən bir insan kimi bu hərəkətləri vicdansızcasına cinayət hesab edirəm. Dövlət bir tərəfdən Vətən müharibəsindən çıxıb və Qarabağın dirçəlişi ilə bağlı məsələlərə, bir tərəfdən qazilər və şəhid ailələrinin sosial müdafiəsi ilə digər tərəfdən də pandemiya ilə bağlı mümkün olan tədbirləri görür.

Amma belə bir məqamda bəzi tibb işçilərinin vicdansızcasına dövlətin gördüyü işə xələl gətirib, kölgə salması qəbuledilməzdir. Bu birmənalı olaraq bağışlanmazdır. Kimin hansı səviyyədə cinayət törətdiyini hüquq-mühafizə orqanları araşdıracaq və buna müvafiq olaraq da həmin şəxslərə qanun çərçivəsində adekvat cavab veriləcəkdir. Bu da bir daha sübut edir ki, ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizə nə dərəcədə ciddi aparılır”.

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...