hemle

Rusiya Ermənistanın əleyhinə səs verdi

Tarix:20-04-2021, 13:15
Baxış Sayı:314

Ötən gün AŞPA-nın yaz sessiyasında baş tutan “erməni hərbi əsirlərin, başqa əsirlərin və deportasiya edilmişlərin” məsələsinin müzakirəsi zamanı maraqlı hal qeydə alınıb.

Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Kamal Cəfərov məlumat verib. O bildirib ki, sözügedən məsələnin müzakirəsindən sonra Rusiya Ermənistanın əleyhinə səs verib.

“Azərbaycan, Türkiyə, o cümlədən, Rusiya Federasiyasının 5 deputatı Ermənistanın təklifinin əleyhinə səs verib. Erməni deputatlar əsirlər məsələsinin gündəliyə daxil edilməsini istəyirdilər. Buna baxmayaraq, səsvermə nəticəsində qeyd edilən məsələ bu gün axşam müzakirə ediləcək.

Bu cür müzakirələr çox olub, ermənilərin və ermənipərəst deputatların cavablarını dünən olduğu kimi yerindəcə verəcəyik.

Müşahidəmiz ondan ibarətdir ki, ermənilər və bəzi deputatlar cənab Prezidentin regiondakı yaratdığı yeni reallığı qəbul etməkdə çətinlik çəkirlər, Qarabağın işğaldan azad olunmasına hələ də inana bilmirlər”, - deyə deputat vurğulayıb.

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ