hemle

Açıq havada niyə maska taxaq? - VİDEO

Tarix:16-04-2021, 18:46
Baxış Sayı:340

Koronavirusla mübarizədə tibbi maskadan istifadə əksər ölkələrdə olduğu kimi Azərbaycanda da mütləqdir.

Pandemiyanın əvvəlində hər kəsin özünü qorumaq üçün istifadə etdiyi tibbi maska ilə bağlı fikirlər indi birmənalı deyil. Bəziləri maskanın açıq havada zəruri olmadığını, havanın temperaturunun artdığı vaxtda əlavə çətinliklər yaratdığını düşünürlər. Ola bilsin ki, maskadan istifadə nəfəs almaqda müəyyən çətinliklər yaradır. Lakin onu taxmasaq, qarşılaşa biləcəyimiz koronavirus təhlükəsinin daha böyük çətinliklər yaradacağını və hətta həyatımızı itirmək təhlükəsi ola biləcəyini unutmamalıyıq.

Açıq havada, yəni parklarda və digər ictimai məkanlarda günün fərqli saatlarında insanların sıxlığı müşahidə olunur. Xüsusən axşam saatlarında belə yerlərə nəzər salsaq, sosial məsafənin qorunmadığını da görə bilərik. Bu və digər səbəblər, bizə açıq havada da tibbi maskanın zəruriliyini göstərir.

Tibbi maskadan imtina koronavirusla mübarizənin son mərhələsində atılacaq addımlardandır. Ona görə də vətəndaşlarının əksəriyyəti peyvəndlənən və karantin qadağalarının demək olar ki, olmadığı ölkələrdə də maskadan istifadə mütləqdir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...