hemle

Siqaret yenidən bahalaşacaq? - AÇIQLAMA

Tarix:6-04-2021, 12:08
Baxış Sayı:302

Nazirlər Kabinetinin 87 və 88 nömrəli qərarında 2021-ci il 23 fevral tarixli Vergi Məcəlləsinə edilən dəyişiklik öz əksini tapıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklə bağlı qərar parlamentdə çox daha əvvəl qəbul olunub.

Millət vəkili əlavə edib ki, Nazirlər Kabinetinin 87 və 88 saylı qərarı isə sadəcə uyğunlaşma xarakter daşıyır.

Qərarda vurğulanıb ki, məcəlləyə dəyişikliklərdən irəli gələrək Nazirlər Kabinetinin qərarlarında da dəyişikliklər edilməsinə zərurət yaranıb.

Əlavə edək ki, müvafiq 23 fevral tarixli Vergilər Məcəlləsinə dəyişiklik qəbul edildikdən sonra artıq 11 mart tarixindən siqaret qiymətlərində artım rəflərdə öz əksini tapıb. Yəni, hazırki qərarın qiymətlərə təsiri müşahidə olunmayacaq.

Qeyd edək ki, Məcəllənin 164-cü, 188-ci və 190-cı maddələrində dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən (164-cü maddə) ƏDV-dən azadolmaların müddətinin uzadılması, aksiz vergisindən azadolma (188-ci maddə) və aksizli malların siyahısına və vergi dərəcələrinə dəyişiklik edilməsini əhatə edib.

Vergi Məcəlləsinə edilən dəyişikliklə, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalı 1 yanvar 2021-ci ildən 3 il müddətinə ƏDV-dən azad edilib.

Vergi Məcəlləsinin 188-ci maddəsinə edilən dəyişikliklə idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 1 yanvar 2021-ci ildən 3 il müddətinə aksiz vergisindən azad edilib.

Vergi Məcəlləsinin 190-cı maddəsinə edilmiş dəyişikliklə aksizli malların siyahısı genişləndirilib, istehsal məqsədli istisna olmaqla, müxtəlif tütün məhsulların aksiz vergisinin dərəcələri artırılıb.

Digər xəbərlər
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
22:31 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
22:28 Sabah bu ərazilərdə qaz olmayacaq
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR