hemle

Zəfər Gününün qeyri-iş günü olması parlamentin müzakirəsində

Tarix:15-12-2020, 12:45
Baxış Sayı:441

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, dəyişiklik layihəsi barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

O bildirib ki, məcəlləyə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.

Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.

Digər bir dəyişikliklə isə məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir”.

Müzakirələrdən sonra məcəlləyə dəyişiklik layihəsi II oxunuşda qəbul edilib.

Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR