hemle

Qonşu ölkədə daha 123 nəfər COVID-19-dan öldü

Tarix:3-04-2021, 14:37
Baxış Sayı:312

İranda ötən sutka ərzində 123 nəfər koronavirusdan (COVID 19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bu barədə hemlemedia.az nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 62 999 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 11 420 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 920 394 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 024 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 1 642 418 nəfər koronavirusdan sağalıb. 13 milyondan çox diaqnoz testi həyata keçirilib.

Koronavirusa yoluxma üzrə 47 rayon qırmızı və 126 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara və bu rayonlardan digər rayonlara səfər etmək qadağandır. Həmçinin 247 rayon sari, 28 rayon isə mavi zona hesab olunur.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı