hemle

Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəldi - Foto

Tarix:31-03-2021, 10:37
Baxış Sayı:355

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.

hemlemedia.az “Sputnik Armenia”ya istinadən məlumatına görə, Bulqakov Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib.

“Bu gün 25 belə qəsəbənin avadanlıqlarını tamamlayırıq, istismara vermə və tənzimləmə işləri davam edir. 5 aprel tarixindən gec olmayaraq hər şey istifadəyə veriləcək, yəni bütün sülhməramlılarımız təchiz ediləcək”,- deyə Bulqakov açılışda qeyd edib.

O bildirib ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda səyyar xəstəxana tikilir, lazım gəldikdə, sülhməramlılara ixtisaslı yardım göstəriləcək. Onun sözlərinə görə, səyyar xəstəxananın quraşdırılması aprelin sonunadək başa çatacaq.


Digər xəbərlər
22:59 Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA
22:57 Pakistan İranla sərhədləri bağladı
22:55 İran yaxın saatlarda Ramat David aviabazasını VURACAQ
22:54 Milyonlarla insan təhlükədədir: Radiasiya riski artır
22:53 Gülüşün sağlamlığa faydası: Görün nələrə qadirdir
22:52 İsraildə ilişib qalan 40 min turistin taleyi necə olacaq?
22:51 Xəbərdarlıq edildi: 2050-ci ilə qədər 1 milyard insan...
22:50 Hacıların ilk qrupu vətənə qayıtdı