hemle

“Festivalın bu il Bakıda keçirilməsi qeyri-mümkün oldu”

Tarix:30-03-2021, 12:28
Baxış Sayı:408

Hər il ənənəvi olaraq Bakıda keçirilən “JARA” musiqi festivalı bu dəfə Moskvada “Lujniki” stadionunda baş tutacaq.

Tədbirin konsepsiyası əvvəlki kimi qalacaq və tamaşaçılar beş gün ərzində Rusiya və MDB ölkələrindən 200-dən çox sənətçinin iştirak edəcəyi müxtəlif konsert proqramının şahidi olacaq. Festival 23-27 iyun tarixlərində reallaşacaq.

“Bir sıra şərtlərə görə festivalın keçən il və bu il Bakıda keçirilməsi təəssüf ki, mümkünsüz oldu. Bir il də qaçırmamaq üçün “JARA”nı Moskvada keçirtməyə qərar verdim. Üç açıq səhnəmiz, ziyarətçilər üçün fərqli sahələr, 200-dən çox sənətçi, rəngarəng tamaşalarımız olacaq. “Lujniki”dəki festivalımızın son bir neçə ildə ən parlaq musiqi hadisəsinə çevriləcəyinə əminəm”,- deyə festivalın təşkilatçısı, Xalq artisti Emin Ağalarov bildirib.

Bu dəfə tədbirdə Yuri Antonov, Filipp Kirkorov, Dmitri Malikov, Polina Qaqarina, Valeri Meladze, Ani Lorak, Sergey Lazarev, Maks Barskix, İqor Nikolayev, Qriqori Leps, Emin Ağalarov, Stas Mixaylov, Larisa Dolina, Jony, Artik & Asti, Zivert, Vera Brejneva, Nikolay Baskov, Vladimir Kuzmin, A-Studio, Nyuşa, Jasmin, Zara, Irina Dubtsova, Aleksey Çumakov, Yuliya Kovalçuk, Lolita, Lyubov Uspenskaya, Marina Fedunkiv, Olqa Buzova, Mot, Alsu, Valeriya, Soso Pavliaşvili və başqaları səhnə alacaq.

Digər xəbərlər
22:32 Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ
22:29 “Match TV”nin yayımının dayandırılmasının səbəbi AÇIQLANDI
22:24 Sumqayıtın bu ərazisində qaz kəsiləcək
22:21 Ermənistanın Azərbaycanın mülki infrastrukturuna ziyan vurmasına dair sənədlər məhkəmədə tədqiq olundu
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək