hemle

“Az Fish”in vəzifəli şəxsləri haqda cinayət işi başlandı

Tarix:30-03-2021, 11:15
Baxış Sayı:311

Xaçmaz rayonunda qanunsuz olaraq balıqçılıqla məşğul olan şirkətin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, Xaçmaz rayonu, Sərəkli kəndi ərazisində yerləşən gölün ətrafının “Az Fish” MMC tərəfindən balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hasarlanması, kənd sakinlərinin əraziyə buraxılmasının qadağan edilməsi və ərazidən pis qoxunun gəlməsinin yerli sakinlərin ciddi narazılığına səbəb olmasına dair KİV-də yayılmış videoreportaj və digər materiallar Baş Prokuror tərəfindən nəzarətə götürülməklə fakt üzrə araşdırmanın aparılması Cinayət təqibindən kənar icraatlar idarəsinə tapşırılıb.

Aparılmış araşdırmalarla, “Az Fish” MMC-nin balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası olmadan Xaçmaz rayonu, Sərəkli kəndi ərazisində icarə müqaviləsində nəzərdə tutulduğundan dəfələrlə artıq torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edərək hasarlamasına, bununla da Cəmiyyətin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Yoxlama zamanı toplanmış materiallarda torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayətlərin əlamətləri müəyyən olunduğundan, fakta görə “Az Fish” MMC-nin vəzifəli şəxsləri barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğunun İstintaq idarəsinə həvalə edilib.

İstintaqın gedişatı barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR