hemle

Türkiyədə dünyasını dəyişən Nihad Əliyevin ailəsindən AÇIQLAMA

Tarix:27-03-2021, 19:08
Baxış Sayı:420

Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan və bu səbəbdən dünyasını dəyişən Nihad Əliyevin ailəsi mətbuatda onun haqqında yanlış gedən məlumatlardan narahatdır.

N.Əliyevin yaxınları bununla bağlı açıqlama verib.

Açıqlamada bildirilir:

“Nihadla bağlı kədərimizi bölüşən hər bir kəsə təşəkkür edirik. Bildirmək istəyirik ki, sosial şəbəkələrdə və bəzi mətbu qurumlarda yayılmış, guya mərhuma aid olduğu iddia olunan videolarda yer alan şəxslərin Nihad Əliyevə heç bir aidiyyəti yoxdur. Bu yanlışlığın aradan qaldırılması üçün Nihad Əliyevin fotosunu mətbuata təqdim edirik. Bəzi düzgün olmayan məlumat və görüntülərin yayılmasında hər hansı qərəzin olmadığına inanır, bunun sadəcə yanlışlıqla tirajlandığını düşünürük. Bununla belə, kədərimizi nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və mətbuat nümayəndələrini həssas olmağa, bu məsələ ilə bağlı dəqiqləşdrilməmiş məlumatları yaymamağa çağırırıq”.

Digər xəbərlər
16:40 Ümumdünya Əməyin Mühafizəsi Günü “Azəriqaz” İB-də qeyd olunub
10:42 İnsan bədənində "zombi hüceyrələri" tapıldı
10:40 Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı
10:37 Prezident: "Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik"
10:34 Bakıda konfrans: Prezidentin müraciəti səsləndirildi
10:29 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
10:26 Fransada müsəlmanlara çağırış edildi
10:20 Gənclər sürətlə siqaretdən imtina edir – ARAŞDIRMA