hemle

Tarixçi: “Mart soyqırımda Bakı əhalisinin dördə biri öldürülüb”

Tarix:27-03-2021, 10:50
Baxış Sayı:317

“Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların məqsədi Bakı və Abşeronu türklərdən təmizləmək olub”.

Trend-in məlumatına görə, bunu millət vəkili, tarixçi Musa Qasımlı 1918-ci il 31 Mart azərbaycanlıların soyqırımı ilə əlaqədar danışarkən deyib.

O bildirib ki, ermənilərin törətdikləri kütləvi qırğınlar 1917-ci ilin payızından Cənubu Qafqazda başlayıb: “1918-ci ildə isə ermənilər Cənubi Azərbaycan ərazisində qırğınlar törədib. Onlar Bakı neftini əldə saxlamaq istəyirdilər. Məqsədləri isə Bakıya nəzarəti ələ keçirməklə Orta Asiyaya təsir etmək idi. Təbii ki, onlar məqsədlərinə çata bilmədilər. Azərbaycan özünün müstəqilliyini elan etdi və erməni daşnaklarının niyyəti baş tutmadı. O dövrün ingilis və Amerika sənədlərində göstərilib ki, həmin soyqırımda Bakı əhalisinin dördə biri öldürülüb. Bu isə təxminən 120-125 min nəfər deməkdir. O dövrdə Azərbaycan dövləti güclü olsaydı, bu soyqırıma məruz qalmazdı”.

Musa Qasımlı qeyd edib ki, Azərbaycan güclü dövlətin, güclü ordunun sayəsində işğal altında olan ərazilərini düşmən tapdağından azad etdi: “Bu gün Şuşa azaddır, Qarabağ azaddır”.

Digər xəbərlər
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı
10:38 COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
10:33 Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
10:29 Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
09:22 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
09:15 Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq