hemle

Sərsəng PLANI: Ağdərəyə qədər...

Tarix:15-11-2018, 11:15
Baxış Sayı:814

Avropalı investorlar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarına 100 milyon kapital qoyacaqlar.

Atəsh.az xəbər verir ki, bu barədə Azərbaycan torpaqlarında işğalçı Ermənistan tərəfindən yaradılmış qondarma rejimin rəhbərinin məsləhətçisi Araik Artünyan deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində Sərsəng su anbarının sağ sahilində yeni su anbarı inşa ediləcək.

“Tikinti işləri bir neçə il davam edəcək. Yeni anbarın inşası suyun Ağdərə rayonunun mərkəzinə çatdırılmasına imkan yaradacaq. Bu, Qarabağda ən böyük xarici layihələrdən biri olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, 2016-cı ildə AŞPA-da Sərsəng su anbarı ilə bağlı “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul edilib. Qətnamədə Ermənistanın işğalçı olduğu təsdiq olunur.

Azər Azadzadə Atəs

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?