hemle

Ananın şəhidlik zirvəsi!

Tarix:24-03-2021, 18:10
Baxış Sayı:505

Novruz bayramını ən çox haqq edən şəhidlərimiz olmalıydı məncə. Amma nəsib olmadı onlara. Düşmən tapdağında olan torpağımızı qanlarıyla yoğuraraq müqəddəsləşdirdilər oraları. İndi yüzlərlə, minlərlə şəhidimizin qanı tökülmüş Qarabağ və ətraf rayonlar bizim üçün pir oldu, övliya oldu. Oralara ziyarətə gedəcəyik, oraları abadlaşdırmağa gedəcəyik, oralarda novruz tonqalları qalayacağıq, minalanmış torpağımızı təmizləyib oraları gülüstana çevirəcəyik. Biz edəcəyik bunları. Bizdən sonra gələn nəsillər edəcəklər. Çünki həmin gənc nəsli vətənpərvərlik ruhunda, vətənə sevgiylə yetişdirən müəllimlərimiz var. Onlar həm təlim və tərbiyəsilə, tədrisiylə, həm də maarifləndirici tədbirləriylə əsl vətənsevər gənclik yetişdirirlər. Sabunçu rayonundakı 170 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Qasımova da bu cür müəllimlərimizdəndi. Biz onunla şəhid xanımımız Arəstə Baxışovanın ailəsini ziyarət edərkən orda görüşdük. Generalımız Polad Həşimovun anasını ziyarət edib gəlmişdi. Sonra da Cəbrayıl Dövlətzadənin evinə gedəcək və əllləriylə hazırladığı novruz sovqatını çatdıracaqdı. Sağ olsun. Biz də, hər zaman olduğu kimi vətənpərvər eloğlumuz, ehtiyatda olan zabitimiz podpolkovnik Elmar Hüseyn və Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbasla Arəstə Baxışovanın gül balalarını və anası Məktubə xanımı ziyarət etdik, bayram sovqatımızı çatdırdıq. Elmar Huseyn canlı yayım edərək Arəstənin valideynləri və həyatı barədə çoxlarının bilmədiyi həqiqətləri ictimaiyyətə çatdırdı. Biz müqəddəs bir ocağa getdik. Allah ziyarətimizi qəbul etsin amin.
ATESH,AZ
ƏNTİQƏ QONAQ








Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR