hemle

Əfv sərəncamı 15 saylı cəzaçəkmə müəssisəsində icra olundu

Tarix:19-03-2021, 11:35
Baxış Sayı:305

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

hemlemedia.az xəbər verir ki, 15 saylı cəzaçəkmə müəssisəsində 18 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb.

Daha 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.

Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub. Martın 19-u səhər saatlarından etibarən Prezidentin əfv sərəncamının icrasına başlanılıb.

Digər xəbərlər
11:52 Bu gün 33 dərəcə isti olacaq
11:36 Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi