hemle

General-leytenant Rövşən Əkbərovu hansı cəza gözləyir?

Tarix:17-03-2021, 14:28
Baxış Sayı:316

Ukraynada qətl törətməkdə şübhəli bilinən ehtiyatda olan general-leytenant Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1,120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adamöldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Oxu.Az xəbər verir ki, təqsiri sübuta yetirilərsə, R.Əkbərovu Cinayət Məcəlləsinə uyğun olaraq 14 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Belə ki, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə uyğun olaraq, xuliqanlıq niyyəti ilə adamöldürmə əməlinə görə 14 ildək 20 ilədək azadlıqdan məhrum etmə cəzası təyin edilib.

221.3-cü (xuliqanlıq) maddəsində təqsirli bilinən şəxslər isə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Məcəllənin 12.1-ci maddəsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı