hemle

Ceyhun Bayramov Türkiyənin nümayəndə heyəti ilə görüşdü

Tarix:10-03-2021, 23:04
Baxış Sayı:264

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən verilən məlumata görə, görüş zamanı Türkiyənin hər zaman Azərbaycanın haqq mövqeyinə dəstək olduğunu vurğulayan Ceyhun Bayramov, 44 günlük Vətən müharibəsi dövründə bu dəstəyin bütün səviyyələrdə, o cümlədən, ali səviyyədə, Böyük Millət Məclisi, Müdafiə və Xarici İşlər Nazirlikləri daxil olmaqla bütün dövlət qurumları və nəhayət qardaş Türkiyə xalqı səviyyəsində açıq nümayiş edildiyini söyləyib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən bölgədə münaqişə sonrası formalaşan yeni təhlükəsizlik vəziyyəti, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin timsalında qardaş ölkənin bu təhlükəsizlik formatının bir hissəsi olması, post münaqişə bərpa və quruculuq prosesi, bölgənin üzləşdiyi ən ciddi təhdidlərdən olan mina təhlükəsi, habelə Türkiyənin azad olunmuş ərazilərimizin minadan təmizlənməsi və quruculuğu prosesində iştirakı kimi məsələlər barədə məlumat verib.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç ölkəmizin ərazilərinin Ermənistanın işğalından azad edilməsinin bütün Türkiyə xalqını həyəcanlandırdığını qeyd edərək qələbə xəbərinin yüksək sevinclə qarşılandığını qeyd etdi və ölkənin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət dilədi. Türkiyənin hər zaman və hər şərtlərdə Azərbaycanın yanında olduğunu, siyasi və mənəvi dəstəyini Azərbaycandan əsirgəmədiyini bildirən A.Kılıç, Böyük Millət Məclisinin də bu dövrdə öz iradəsini açıq şəkildə ortaya qoyduğunu vurğulayıb.

O, imzalanmış üçtərəfli bəyanatların bölgədə yeni imkanlar açdığını qeyd edərək, Azərbaycanın sülh və tərəqqi tərəfdarı olduğu halda, bu fikirlərə qarşı kimin çıxış etdiyinin göz qarşısında olduğunu söyləyib.

Səfər çərçivəsində Azərbaycan dövlət başçısı tərəfindən qəbul olunduqlarını, Milli Məclisdə görüşlərin keçirildiyini razılıqla qeyd edən qarşı tərəf, səfərin uğurla həyata keçirildiyini bildirib.

Tərəflər iki ölkə arasında bütün istiqamətlər üzrə mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR