26 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı bütün dünyada geniş müzakirəyə səbəb olub.
Belə ki, dünyanın bütün aparıcı medialarının geniş şəkildə bu mətbuat konfransını işıqlandırması, dünya siyasətçiləri tərəfindən həmin mətbuat konfransının təhlil edilməsi və deyilən hər bir sözün sətiraltı mənasının da xırdalıqlarla müzakirə olunması və cənab Prezidentin ayrı-ayrı media nümayəndələrinin suallarına onların öz dilində aydın və izahata ehtiyacı olmadığı tərzdə və qətiyyətli cavabı biz tələbələri də çox sevindirdi.
Ölkə rəhbəri mətbuat konfransının gedişi vaxtı Azərbaycanın xarici siyasəti barədə və Azərbaycanın tərəfdaşları ilə əlaqədar müəyyən məsələlərə də toxunmuşdur. Ölkə rəhbəri istər ölkəmizin xarici siyasi kursunda, istərsə də siyasi məsələlərdə həmişə birmənalı mövqe nümayiş etdirərək, prinsipial siyasət aparmasını nümayiş etdirib.
Azərbaycanın xarici siyasət kursu Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi başlıca prinsiplər əsasında yeni şəraitə uyğun olaraq davam etdirilməkdədir. Hazırda dünyada müşahidə olunan sürətli geosiyasi, iqtisadi və hərbi-təhlükəsizlik proseslərinin məntiqinə uyğun olaraq milli maraqlar çərçivəsində xarici siyasətin qarşısında konkret vəzifələr qoyulub.
Azərbaycan siyasəti bizim milli maraqlarımıza əsaslanır, yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur və ən başlıcası Azərbaycanın xarici siyasətində heç bir gizli məqamlar yoxdur.
Cənab Prezidentin qeyd etdiyi kimi 44 günlük müharibədən sonra biz köklü surətdə bölgəmizdə vəziyyəti dəyişdirə bildik. Təkcə biz qonşu ölkələrlə deyil bununla bərabər biz bütün başqa ölkələrlə də münasibətlər qururuq.
Son illərdə 9 Avropa İttifaqına üzv olan dövlətlərlə srateji tərəfdaşlıq barədə müqavilələr imzalamışıq. Bu gün Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində iş gedir və sazişin 90 faizi artıq razılaşdırılıb.
Daha sonra ölkəmiz Qoşulmama Hərəkatına üzv oldu. Qoşulmama Hərəkatı üzvlərinin sayına görə ikinci təsisatdır. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı aparılan çirkin kampaniya zaman Qoşulmama Hərəkatına üzv ölkələr bizi müdafiə etdilər. Biz COVID-lə bağlı bir sira ölkələrə yardım etmişik, onların haqq səsini müdafiə edirik. Onlar da bizi müdafiə etdilər. İkinci Vətən savaşı ərəfəsində Beynəlxalq təşkilatlarda fəal iş aparılıb. Bütün bu işlərin uğurlu nəticəsidir ki, düşmənlərimizin ölkəmizin ətrafinda yaratdığı informasiya blokadası sındırıldı, Azərbaycanın haqq səsi dünyaya çatdırıldi.
Azərbaycan BMT də daxil olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə hər zaman sadiq qalıb. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli qərarlar verib. BMT-də, digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düzgün siyasətin nəticəs olaraq qeyd etmək istəyirəm ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də Azərbaycanın ərazi bütövlüyünüə yüksək tribunadan dəstək verdi. Bu da bizim əldə etdiyimiz uğur, beynəlxalq aləmdə qazandğımız müvəffəqiyyətimizdir.
44 günlük müharibədə bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaqdır. Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Azərbaycan qarşısında duran bütün çətinliklərə baxmayaraq beynəlxalq aləmdə formalaşan imicini qoruyub saxlaya bilib və qazanılan uğurlar daha da inkişaf etdiriləcəkdir.
Vüsalə Mirzəbəy qızı
Masallı Dövlət Regional Kollecin I kurs tələbəsi Qiyasbəyli