hemle

Ərdoğan Merkellə görüşdü

Tarix:5-03-2021, 18:51
Baxış Sayı:379

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə videokonfrans formatında görüş keçirib.

hemlemedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu, AKP sözçüsü Ömər Çelik, Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun, Prezident Adminstrasiyasının sözçüsü İbrahim Kalın iştirak ediblər.

Görüş zamanı Türkiyə-Almaniya əlaqələri və regional məsələlər müzakirə olunub. Ərdoğan Merkellə davamlı olaraq təmas qurulmasına və dialoqun aparılmasına əhəmiyyət verdiyini vurğulayıb. Türkiyəli lider pandemiya ilə mübarizədə müsbət irəliləyişlərlə aprel ayında iki ölkə arasında turizm əlaqələrinin maneəsiz və etibarlı şəkildə başlayacağına inandığını söyləyib.

Ərdoğan, həmçinin, Suriyaya könüllü geri qayıdış məsələsində Avropa Birliyinin maliyyə və texniki dəstək göstərməli olduğunu qeyd edib.

Digər xəbərlər
17:14 Amerikalı alimlər qrip və herpesdən qoruyan saqqız yaradıblar
17:09 Pulsuzluq infarkt ehtimalını dəfələrlə artırır - Elmi araşdırma...
17:05 Bakı üçün yeni təklif: Ankara və Təl-Əviv razılaşdı, növbədə Tehrandır?
17:02 Mayda bu tarixlərdə iş olmayacaq
17:00 Bu 8 QİDA qanda şəkəri tez azaldır
16:58 Külli miqdarda narkotikin İrandan Azərbaycana gətirilməsinin qarşısı alındı
16:56 Azərbaycan Qərbin planlarını puç etdi - Bayramov
16:54 Sabah Bakıya yağış yağacaq - Proqnoz