hemle

Yol nişanları tərsinə dönərsə... - Aidiyyəti qurumlardan reaksiya + FOTO

Tarix:3-03-2021, 12:17
Baxış Sayı:552

2018-ci ildən etibarən Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda yol nişanlarının quraşdırılmasına məsul qurum hesab edilir.

Bəzən yol nişanlarının ya təyinatı üzrə istifadə olunmadığını və ya istismara yararsız olduğunu görürük. Son vaxtlar isə bəzi yol nişanlarının çevrildiyini müşahidə etdik. Təbii ki, bu da yol hərəkəti iştirakçılarında, xüsusən sürücülərdə müəyyən çaşqınlıq yaradır.

Məsələ ilə bağlı Oxu.Az olaraq BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə danışdıq.

O, həmin nöqsanlar barədə məlumatının olduğunu və artıq aradan qaldırıldığını bildirib:

“Yol nişanlarının tərsinə çevrilməsi son küləkli, qarlı hava şəraitindən sonra baş verib. Yeni Günəşli ərazisindəki piyada keçidi artıq düzəldilib. Son hava şəraitindən sonra bəzi yollarda belə hallar olub. Yasamal rayonu ərazisində avtobus dayanacağı işarəsi də tərsinə çevrilmişdi. 20 Yanvar ərazisi yanında geriyə dönmə nişanında da belə olmuşdu. Adətən bunlar həmin nişanların boltlarının boşalması nəticəsində baş verir.

Bizə bu barədə vətəndaşlar tərəfindən müraciətlər olur. Həm də öz əməkdaşlarımız tərəfindən belə hallar aşkarlanarsa, dərhal nöqsanın aradan qaldırılmasına çalışırıq. Bu iş davamlı olaraq aparılır.

Bəzən nişanlara kənar müdaxilələr olur, bəzən də yol-nəqliyyat hadisəsi zamanı nişanların özündə və ya dirəyində zədələnmə əmələ gəlir. Əgər nişan yerə düşüb, zədələnibsə, yenisi ilə əvəzlənir”.

Bakıdan başqa, bütün şəhər və rayonlarımızda yol nişanlarının quraşdırılmasına məsul olan qurum isə “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsidir. Bu qurumun texniki istehsalat şöbəsinin rəisi Şahin Həsənov paytaxtda gördükləri yol nişanları barədə BNA-ya məlumat verdiklərini bildirib:

“Paytaxtdan başqa, inzibati ərazi vahidlərində bizim xüsusi mühəndis qrupumuz var ki, yol nişanlarına nəzarət edir. Görürük ki, nişan paslanıb, onu dəyişirik, o nişana işıq düşmürsə, müvafiq addımı atırıq. Ola bilsin ki, nişanın boltu qırılıb, onu bərkidirik. Dövlət Yol Polisi də belə nişanlar olduqda bizə bu barədə məlumat verir.

Bakıda da əvvəl biz bu məsələyə baxdığımızdan, insanlar yol nişanlarının nöqsanları barədə bizə elektron müraciət ünvanlayırlar. Biz də aidiyyəti üzrə müvafiq orqana bunu yönləndiririk”.



Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ