hemle

“Xocalı: Tarixə Qayıdış” adlı anım tədbiri - FOTO

Tarix:25-02-2021, 18:46
Baxış Sayı:322

25 fevral 2021-ci il tarixində Xocalı soyqırımının 29-cu il dönümü ilə əlaqədar Azərbaycanlı Tələbə və Məzunlar Platforması (ASAP) və Böyük Qayıdış İctimai Birliyinin təşkilatçılığı ilə virtual seminar keçirilib.

Tədbir Xocalı faciəsinin qurbanlarını yad etmək, eləcə də bu faciənin insanların həyatında qoyduğu dərin izləri xatırlamaq və Xocalının müasir gənclər üçün nə demək olduğunu başa düşmək məqsədilə baş tutub.


Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov əvvəlcə birinci Qarabağ müharibəsinin nəticələri və Xocalı faciəsi haqqında danışıb, daha sonra isə 44 günlük müharibə nəticəsində ərazilərimizin işğaldan azad olunması və qələbəmizdən söhbət açaraq bunun ölkəmiz üçün nə demək olduğunu iştirakçılarla bölüşüb. Keçmiş köçkün olan millət vəkili həmçinin gənclərin 2-ci Qarabağ müharibəsindəki fəallığı, Xocalı soyqırımın həm ölkəmizdə, həm də xaricdə təbliği ilə bağlı görülən işlərdə gənclərin rolunu vurğulayıb. Daha sonra çıxış edən ADA Universitetinin professoru Gülməmməd Məmmədov müharibə ilə bağlı öz təcrübələrini bölüşüb və məcburi köçkün kimi yaşadığı çətinlikləri, təhsil almaq üçün çəkdiyi əziyyətləri gənclərə anladıb.

Tədbir çərçivəsində, həmçinin, Milli Qəhrəman Tofiq Hüseynovun qızı, Xocalı şahidi Əfsanə Ələkbərova Xocalı ilə bağlı xatirələrini tədbir iştirakçılarına danışıb, dəhşətli əzablardan keçərək sağ qaldığı və heç vaxt unuda bilməyəcəyi Xocalı soyqırımının təbliğatı və tanıdılması üçün gənclərin fəaliyyətinin vacib olduğunu bildirib. Daha sonra çıxış edən 2-ci Qarabağ müharibəsinin qaziləri gənclərə öz tövsiyələrini vermiş və vətən uğrunda döyüşərək Xocalının qisasının döyüş meydanında alındığından söhbət açıblar. Tədbir maraqlı sual-cavab sessiyasından sonra yekunlaşıb.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ