hemle

Bu sahədə qiymətlər 3 DƏFƏ BAHALAŞDI - ŞOK RƏQƏMLƏR

Tarix:22-02-2021, 09:34
Baxış Sayı:340

Pandemiya səbəbindən dünyada bütün istiqamətlər üzrə uçuşların biletləri bahalaşıb.

hemlemedia.az xəbər verir ki, son bir il ərzində demək olar ki, bütün aviaşirkətlər biletlərin qiymətlərini qaldırıblar. Hazırda ötən illə müqayisədə 50 -70 faiz bahalaşma var.

Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, bahalaşmaya səbəb pandemiya səbəbindən aviaşirkətlərin ziyana düşməsidir. Bu müddət ərzində ləğv edilən səfərlərin biletlərinin ödənişlərinin qaytarılması, təyyarələrə texniki qulluq və digər personal xərcləri qiymətlərin qalxmasına səbəb olub. Məhz bu səbəbdən bahalaşma ölkəmizdən də yan keçməyib.

Bakıdan hazırda uçuş həyata keçirilən bütün istiqamətlər üzrə qiymətlər artıb.

Ekspertlər sərhədlərin bütün istiqamətlər üzrə açılacağı və müntəzəm uçuşların bərpa ediləciyi təqdirdə qiymətlərin tədricən enəcəyini bildirirlər. Lakin aviaşirkətlərin ziyanı çox olduğundan qiymətlərin əvvəlki səviyyədə olmayacağı gözlənilir.

Bir istiqamətə alınan bilet əvvəl maksimum 350 manat idi isə, indi bu qiymət 800 manatadır.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ