hemle

ABŞ-da 5 aeroport bağlandı

Tarix:16-02-2021, 09:10
Baxış Sayı:304

ABŞ-da beş hava limanı kəskin soyuqlaşma və hava şəraitinin pisləşməsi səbəbindən işini dayandırıb.

hemlemedia.az“TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi bildirib.

Məlumata görə, hazırda Texas və Missisipidə iki beynəlxalq hava limanı, eləcə də Texas və Luizianada yerləşən üç regional hava limanı bağlıdır. “CNN” teleşirkəti qeyd edir ki, bazar ertəsi ABŞ-da 3 700-dən çox reys ləğv edilib.

Kəskin soyuqlaşma səbəbindən ölkənin 4 milyondan çox sakini elektrik enerjisiz qalıb.

ABŞ-ın Milli Meteorologiya Xidməti Texasda qeyri-sabit hava şəraitinin davam edəcəyini proqnozlaşdırır.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı