hemle

General Vətən müharibəsinin ilk günündən danışdı

Tarix:9-02-2021, 12:16
Baxış Sayı:277




Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov Vətən Müharibəsi zamanı artilleriya bölmələrinin döyüşü haqda danışıb.

hemlemedia.az Trend-ə istinadən verdiyi xəbərə görə, A.Sultanov jurnalistlərə açıqlamasında bildirib ki, Vətən müharibəsində düşməni böyük itkiyə məruz qoyaraq qələbə qazanan Azərbaycan Ordusunun artilleriya bölmələri döyüşün ilk günü kütləvi atəş zərbələri ilə düşmənin 500-ə qədər hədəfini məhv edib: “Vətən müharibəsi dövründə təkcə artilleriya qoşunları tərəfindən düşmənin 380-dən çox artilleriya qüvvələri məhv edilib. Şuşa şəhərinin işğaldan azad olunmasına və qələbəyə aparan, təhlükəli, keçilməsi xüsusi peşəkarlıq tələb edən dağ meşə-yolundan müvəffəqiyyətlə keçən özüyeriyən və reaktiv qurğular bölmələrimizin atəş dəstəyini təmin edib.

Əməliyyat, taktiki raket və reaktiv artilleriya divizionları kimi uzaqmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları pozulub və məğlub olublar.

Düşmənin 30 il ərzində qurduğu müdafiə sistemini ordumuz dəqiq atəşlə məhv edib. Onu da qeyd etməliyik ki, düşmən tərəfinin itkiləri bizimlə müqayisədə iki dəfədən çoxdur".

Digər xəbərlər
09:27 İrana bu qüvvə hücum edəcək, yeni dövlət yaradılacaq - Ssenari
09:24 Beynimiz bizi aldadır: Bənövşəyi rəng mövcud deyil
09:20 Türkiyədə 75 nəfərlik qrup itkin düşdü
09:18 ŞOK İDDİA: "Xameneini qəsdən sağ buraxıblar ki..."
09:16 İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı AÇIQLANDI
22:56 Biz Türkiyə mediasından bunu gözləmirdik! - RƏSMİLƏR NİYƏ SUSUR?
22:53 ABŞ səfirliyi vətəndaşlarına ÇAĞIRIŞ ETDİ - İranı Azərbaycan vasitəsilə tərk edin
22:50 Güclü qasırğa Ermənistanda şəhəri ALT-ÜST ETDİ - Xəsarət alanlar var