hemle

Məktəbdaxili qiymətləndirmədən narazı olanlar nə etməlidir? - AÇIQLAMA

Tarix:21-01-2021, 17:13
Baxış Sayı:326

“Məktəbdaxili qiymətləndirmə zamanı nəticədən narazı olanlar yenidən müraciət edə bilərlər”.

Bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, şagirdin biliyinin yenidən qiymətləndirilməsi məsələsi hələ qüvvədədir:

“Həmin şagirdlər Apelyasiya Şurasına müraciət edə və növbəti ayda əyani şəkildə qiymətləndirmədə iştirak edə bilər”.

V.Yaqublu qeyd edib ki, məktəbdaxili qiymətləndirmədə hər bir fənn müəllimi sualları özü hazırlayır:

“100 ballıq şkalaya uyğun sual sayı təyin edilə bilər. Qiymətləndirilmə jurnalında summativ və yarımilliyin qiyməti qeyd olunacaq”.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi