hemle

İsmayıllıda itlərin hücumuna məruz qalan 36 yaşlı kişi öldü

Tarix:14-01-2021, 21:48
Baxış Sayı:302

İsmayıllı rayonunun Kürdmaşı kəndində bədbəxt hadisə baş verib.

hemlemedia.az
Azərtac-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Vüqar Zahir oğlu Teyyubov yaşadığı Kürdmaşı kəndində qəflətən küçə itlərinin hücumuna məruz qalıb. İtlər onu dişləyərək ağır xəsarətlər yetirib. Hadisə zamanı qorxu və həyəcan keçirən Vüqar Teyyubovun halı pisləşib. O, hadisə yerindəcə dünyasını dəyişib.

Vüqar Teyyubovun ölümündə əsas səbəbin ürək çatışmazlığı olduğu bildirilir. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR