hemle

Bu tarixdən etibarən şənbə və bazar günləri ictimai nəqliyyat işləyə bilər - AÇIQLAMA

Tarix:5-01-2021, 21:50
Baxış Sayı:274

Xəbəri verdiyimiz kimi Azərbaycanda koronavirusa yoluxanların sayında bir neçə dəfə artım müşahidə olnur. Belə ki, gündəlik yoluxanların sayı 4000-dən 300-ə düşüb. Yoluxma sayı azaldığına görə yanvarın 18-dən sonra karantin rejimində yumşalmaların olması ilə bağlı fikirlər səsləndirilir. Yanvarın 18-dən sonra şənbə və bazar günləri ictimai nəqliyyata qoyulan qadağa götürülə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, rəsmi açıqlanan statistikada gündəlik yoluxanların sayında ciddi azalma müşahidə olunur:

"Amma unutmaq lazım deyil ki, ölənlərin sayı yenə də yüksəkdir və həkimə müraciət etmədən evdə müalicə olunanlar da var. Ona görə də rəsmi rəqəmlərə arxayın olub, yumşalmalara getməyə tələsmək olmaz. Əgər həqiqətən rəsmi statistikada olduğu kimi yoluxanların sayı azlarsa, şənbə bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə icazə verilə bilər. Amma tələsik yumşalma ilə bağlı qərar vermək vəziyyəti yenidən gərginləşdirə bilər. Bir neçə ölkə karantin rejimində lokal sərtləşməyə gedib. Düşünürəm ki, biz də də rəqəmlərə arxayın olub, birdən-birə yumşalmaya getmək olmaz. Unutmaq lazım deyil ki, yanvarın 18-nə kimi sərtləşdirilmiş karantin rejimi tətbiq edilir. Düşünürəm ki, yanvarın 18-dən sonra azalma dinamikası davam edərsə, həftə sonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı yumuşalmalara gedilə bilər".

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?