hemle

Fariz Məmmədov erməni boksçu ilə rinqdə qarşılaşacaq - İRƏVANDA

Tarix:5-11-2018, 11:13
Baxış Sayı:520

Azərbaycanın peşəkar boks tarixində ilk dəfə olaraq WBF (Worrld Boxing Federation) və WBCA versiyalarında dünya çempionu olan həmyerlimiz Fariz Məmmədov erməni əsilli rusiyalı boksçu, orta çəki dərəcəsində WBA versiyası üzrə dünya çempionu David Avanesyan rinqdə qarşılaşa bilərlər.

Maraqlı olacağı əvvəlcədən bəlli olan bu döyüş təklifi RCC Boxing Promotions təşviqat şirkətinin icraçı direktoru Aleksey Titov tərəfindən verilib.

Əldə etdiyimiz məlumata gorə üst-üstə 10 il peşəkar boksdan uzaq düşən, 3 il əvvəl WBCA və WBF versiyaları üzrə çempion olan F.Məmmədov elə o vaxtdan peşəkar boksla vidalaşıb. Amma buna baxmayaraq, o, A.Titovun təklifinə bir şərtlə razılıq verib: "Döyüş İrəvanda olsun!". F.Məmmədov A.Titova bildirib ki, görüşün İrəvanda keçirilməsi üçün Ermənistan dövlətinin razılığını alsınlar.

Daxil olan məlumatlara görə, dünya çempionumuz rəqibi öz ölkəsində enmək istəyir. Ona görə də döyüşün qədim Azərbaycan torpağı olan İrəvanda – Ermənistanın paytaxtın keçirilməsini şərt kimi irəli sürüb.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu