“Poliklinikalar və apteklər təcili nəzarətə götürülməlidir”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev deyib.
M.Musayev bildirib ki, bu sahədə özbaşınalıq hökm sürür: “Hər kəs öz cibini güdür, vətəndaşlar çıxılmaz durumdadır. Şəxsi mənafelər və maddiyat önə çəkilib. Dəllal bazarı səhiyyəni iflic edib”.