hemle

SON DƏQIQƏ! DIN əhaliyə müraciət etdi: Hər kəs oxusun!

Tarix:3-12-2020, 18:42
Baxış Sayı:326

Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib.

hemlemedia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, xəbərdarlıqda bildirilir:

"Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu uzun müddət təcavüzkar düşmənin işğal altında saxladığı əraziləri azad etmişdir.

Uzun illər vətən həsrətində qalmış vətəndaşların işğaldan azad edilmiş torpaqlarımıza səfər etməyə can atmaları başadüşüləndir.

Lakin bəzi vətəndaşlar əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin ərazilərə səfər edirlər.

Noyabrın 28-də vətəndaşlar Ş.Hacıyev, F.Hacıyev, Z.Adilzadə və Z.Hüseynov "Toyota Land Cruizer” markalı 90-BL-558 dövlət nömrə nişanlı avtomobillə Fizuli rayonunun Qorqan və Aşağı Seyidəhmədli kəndləri arasında minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdirmiş, nəticədə tank əleyhinə minaya düşərək həlak olmuşlar.

Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik".

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ