hemle

Bakıda yüksək vəzifəyə TƏYİNAT

Tarix:30-11-2020, 16:05
Baxış Sayı:303



Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Oxu.Az xəbər verir ki, Süleymanova Sevinc Məmməd qızı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

Binəqədi Rayon İcra Hakimiyyəti faktı təsdiqləyib.

Sevinc Süleymanova 31 avqust 1975-ci ildə Oğuz rayonunda anadan olub. 1982-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayonu H.Cəbrayılov adına 99 № li tam orta məktəbdə təhsil almışdır. 1997-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) Rus dili və ədəbiyyatı ixtisasını, 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə tam yenidənhazırlanma kursunu, 2012–ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakultəsini fərqlənmə diplomu ilə bitirib.

2011-ci ildən Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Qadınlar Şurasının İdarə Heyətinin üzvüdür.

Əmək fəaliyyətinə 1997-ci ildə Binəqədi rayonu R.İmanov adına 205 № li tam orta məktəbdə rus-dili və ədəbiyyatı müəllim kimi başlayıb, 1998-2019-cu illərdə Bakı şəhəri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini olaraq davam etdirib. 2019-2020-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin məsləhətçisi vəzifəsində çalışmışdır.

Dövlət qulluğunun kiçik müşaviridir.

Ailəlidir, üç övladı var.

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?