hemle

Putin bunu Paşinyana mütləq deməlidir, əks halda... - Ərdoğandan sərt mesaj

Tarix:28-10-2020, 18:45
Baxış Sayı:413

“Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. 30 il keçib. Buna baxmayaraq ATƏT-in Minsk qrupu deyilən ABŞ, Fransa və Rusiya problemi həll edə bilmədi. Hər toplantıda oturub müzakirə etdilər, sonra dağılışdılar. Liderlərlə görüşlərimiz oldu. Hörmətli Rusiya Prezidenti Vladimir Putinlə müzakirələrimiz baş tutdu. Azərbaycanla bağlı prosesi dəyərləndirdik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında deyib. O, Rusiya Prezidenti Vladimir Putinlə ötən gün baş tutan telefon danışığından da bəhs edib:

“Dedik ki, bu işə Qafqazda son verək. İstəyirsənsə, birlikdə problemi həll edək. Siz Paşinyan, mən isə İlham Əliyev qardaşımla müzakirə aparaq, işi həll edək. Bir qərar verək, problemi həll edək. Həll edə bilmərik? Səmimi bir addım ataq. Biz problemi həll etmək məcburiyyətindəyik, səmimiyik. Sizin də səmimi olduğunuza inanıram. Gözəl görüşümüz oldu. Ümid edirəm, nəticəsi olacaq. Qırmızı xəttimizi də söylədik. Bu xətlər aşılanda, kimsə inciməsin, atamızın oğlu belə olsa, gözünə baxmarıq.

Deyirlər ki, biz Suriyadan Azərbaycana qüvvələr göndəririk. İndi 2000 nəfərə yaxın PKK-lı Ermənistandan 600 dollar maaş alır. Putin dedi ki, mənim onlardan xəbərim yoxdur. Cavab verdim ki, mən sizə xəbər verirəm. “Bu PKK-lılar Suriyada fəaliyyət göstərirdi, Suriyadan gəlirlər” dedim. Cənab Putinin bunlara üz verəcəyini inanmıram. Lakin bunu Paşinyana mütləq deməlidir. Əks halda lazımi tədbirlər görüləcək”
ATESH,AZ

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ