hemle

“Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

Tarix:30-09-2020, 01:05
Baxış Sayı:427

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan ordusunun əsgərləri və şəhidlərimizlə bağlı rəsmi “Facebook” səhifəsində paylaşım edib.

ATESH,AZ saytı xəbər verir ki, Birinci vitse-prezident paylaşımında yazıb:

“Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!

Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir.

Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır.

Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm!

Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!

Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”.

Digər xəbərlər
21:35 Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti UZADILDI
21:28 Trampdan Qərbə XƏBƏRDARLIQ - “Növbəti sonsuz müharibəyə...”
21:18 Ölkədə baş verən partlayışlarda neçə nəfər ölüb? - FHN AÇIQLADI
21:14 Sabah 3 rayon QAZSIZ QALACAQ
21:11 Bəzi rayonlarda şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
21:06 Zelenski Ərdoğanla görüşəcək
21:01 Ən böyük ixtisar dalğası - "Microsoft" minlərlə şəxsi İŞSİZ QOYACAQ
18:25 Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi