hemle

PKK–nın diversiya dəstələri Azərbaycan ordusuna hücuma hazırlaşır – MİSİR MEDİASINDA SENSASİON TƏFƏRRÜATLAR

Tarix:23-09-2020, 22:36
Baxış Sayı:460

Xəbər verildiyi kimi, Ermənistan Türkiyənin Azərbaycana hərbi dəstəyinə cavab olaraq PKK kürd terror qruplaşması ilə işbirliyinə başlayıb və iyul ayında Tovuz istiqamətində baş vermiş toqquşmaların ardınca PKK yaraqlılarını Qarabağa daşımağa başlayıb. Bundan əvvəl virtualaz.org mötəbər qaynaqlara istinadən (https://virtualaz.org/aktual/169255) Ermənistanın İraqdakı səfiri Qraçya Poladyanın Süleymaniyyədə apardığı danışıqlar və PKK yaraqlılarının Qarabağa daşınması marşrutu barədə sensasion məlumatları dərc etmişdi. İndi isə bu haqda Misirin cairo24.com portalı yeni sensasion təfərrüatları yayıb.

Nəşr yazır ki, Ermənistanla Azərbaycan arasında iyul ayına baş vermş toqquşmalardan sonra PKK yaraqlılarının Ermənistan ordusunun sıralarına inteqrasiya edilməsi əməliyyatı fəallaşıb. PKK-nın bir qrup yaraqlısı və komandirləri İraq və Suriyadan tranzit keçməklə Ermənistan ərazisinə atılıb. Ermənistana gətirilən PKK yaraqlılarının birinci qrupu 25 nəfərdən ibarətdir. Onlar Türkiyə ərazisindən İraqa gediblər və PKK-nın əməliyyat mərkəzi olan Qəndil düşərgəsində təlim keçiblər.

Bildirilir ki, həmin qrup hərbi hazırlıq keçmək və diversiya əməliyyatlarının aparılması üzrə ixtisaslaşıb. Qrup iyul ayında əvvəlcə İranın Urmiyə şəhərinə aparılıb, orada İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin “Həmzə” batalyonunun qərargahında (qərargah Colh rayonunda yerləşir) bir neçə gün qalıblar və daha sonra Ermənistana keçiblər. Bundan əlavə, hazırda İran və Suriya ərazisində Ermənistana keçmək üçün gözləyən daha iki PKK qrupu var.

Birinci qrup PKK-nın Suriya qolu olan YPG-nin 250 yaraqlısından ibarətdir. Həmin qrup Suriyanın şimalındakı Qamışlı rayonundadır. Qrupun İraq ərazisində hərəkəti və daha sonra İrana keçirilməsi ilə Tehrana loyal olan “Bədr” təşkilatı məşğuldur. Plana əsasən birinci mərhələdə və sentyabrın əvvəllərində həmin qrupdan 165 nəfər İranın İlam əyalətindəki sərhəd-keçid məntəqəsindən bu ölkəyə daxil olub və Mehran şəhərində yerləşib. Ertəsi gün qrup oradan Urmiyəyə yola düşüb və yaxın günlərdə Ermənistana keçməyə hazırlaşır.

Məlumata əsasən həmin qrup hücum əməliyyatlarının keçirilməsi üzrə ixtisaslaşıb, bu da erməni ordusunun Azərbaycan ordusunun mövqelərinə diversiya və terrorçu metodlardan istifadə etməklə hücuma keçməyə hazırlaşdığını göstərir.

İkinci qrup isə Ərbildən cənubda, PKK-nın Mahmur bazasında yerləşir və 25 nəfərdən ibarətdir. Bu dəstə partizan müharibəsi aparmaq təcrübəsi olan yaraqlılardan təşkil olunub. Qrup bu ilin avqust ayında iki avtobusla “Hizbullah”ın İraq qolu olan “Hərəkat əl-Nucaba” qruplaşmasının qərargahına, Bağdadın Sədr-siti rayonuna aparılıb. Sentyabrın əvvəllərində isə qrup İlam əyalətindən keçirilməklə İrana atılıb, həmin qrupdan 17 nəfər daha sonra Kirmanşaha göndərilib. Qalan 8-i İlam şəhərində qalıb. 17 nəfərlik qrup Kirmanşahda bir neçə gün qaldıqdan sonra Ermənistana keçmək üçün Urmiyəyə aparılıb. 8 PKK yaraqlısı isə Tehrana gedib, oradan təyyarə ilə Yerevana uçub.

İraqdan İrana keçmək üçün isə PKK yaraqlıları İranın Mandaziya, Pərvizxan və Xanacini qəsəbələrindən tranzit məntəqəsi kimi istifadə edirlər.

Kürd yaraqlıları Ermənistan ordusunun sıralarına qoşulur. Habelə məlumat var ki, erməni tərəfi PKK yaraqlılarının Azərbaycana qarşı əməliyyatlarda istifadə olunmasının əvəzində Türkiyənin pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün bu terror təşkilatına Rusiya istehsalı olan raket kompleksləri verməyə razılaşıb. Bu raket komplekslərinin çatdırılmasını PKK-nın Qəndildəki komandiri Cəmil Bayık koordinasiya edir, gözlənilir ki, tezliklə raketlər Qəndilə göndəriləcək.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış