hemle

Şəhidin Baralyefinin açılışı oldu

Tarix:5-07-2017, 00:46
Baxış Sayı:1 027

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə elan etdiyi Qrand müsabiqəsinin qalibi olmuş "Şəhidlərimizi və düşmənlərimizi tanıyaq tanıtdıraq" adlı layihənin icrası ərəfəsində 12 iyun 2017-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsində doğulub böyümüş Vilayət Əsgərovun Baralyefinin açılışı olmuşdur. Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar İctimai Birliyinin sədri Zərifə Əsgərovanın rəhbəri olduğu layihənin qəhramanı Vilayət Əsgərov 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub. 1994-cü ildə, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Bayrağı Ordeni ilə təltif edilib. Baralyefin açılışında Şuranın İcraçı Direktoru Fərasət Qurbanov və Şuranın mütəxəsisi Gülsəba Əsgərova, Bakı Təhsil İdarəsinin şöbə müdiri Rövşən Abdullayev, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon Şöbəsinin rəisidə iştirak etdilər. Baralyefin açılşı zamanı Fərasət Qurbanov çıxış edərək layihənin həyata keçirilməsində xidməti olan hər kəsə təşəkkür etdi. Baralyefin açılışını şəhidin anası və Fərasət Qurbanov həyata keçirtdilər. Baralyefin açılışından sonra Şəhidin təhsil aldığı, Lökbatan qəsəbəsində yerləşən, Milli Qəhraman Cəmil Məmmədxan oğlu Niftəliyevin adını daşıyan 233 saylı tam orta məktəbdə Vilayət Əsgərovun xatirə tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Gülay xanım Bədirova çıxış edərək belə tədbirlərin təhsil sisteminin işinə çox böyük köməkliyi olduğunu qeyd etdi. Tədbirdə şagirdlərin hazırladığı kompazisiyalar və şerlər tədbir iştirakçılarına təqdim edildi.
Allah bütün şəhidlərimizə rəhmət eyləsin



Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ