hemle

"Difai" təşkilatının yaranma zərurəti və bu günümüz.

Tarix:14-09-2020, 18:06
Baxış Sayı:799

Azərbaycan Respublikasının Prezidenti yanınad QHT-lərə Dövlət Dəstəyi Şurasının 2020-ci ildə elan etdiyi Qrand müsabiqəsinin qaliblərindən biridə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin “Difai” filminin çəkilməsi adlı layihəsidir. Layihənin əasa məqsədi Azərbaycan tarixində erməni terroruna qarşı fəaliyyət göstərdiyi üçün üzvlərinin hər biri Çar Ruisyası tərəfindən məhv edilmiş “Difai” təşkilatının tanıdılmasıdır. Azərbaycan Demokratik Respublikasının yaranamsında müstəsana rolu olan difaiçilərin xalqa təmənnasız xidmətlərinin təbliğ edilməsi bu günə qədər davam edən erməni terrorunun qarşısnın alınmasına gənclərin istiqmətləndirilməsidir. Layihənin icrası məqəsədi ilə silsiə yazılar hazırlanaraq mətbuatda yayımlanır. Məqsədimiz “Difai”nin yaranma tarixini və zərurətini təbliğ etməkdir. BU gün “Difai” kimi bir təşkilata ehtiyac varmı? Bu sual bizi çox düşündürür.
Çar üsul-idarəsi 1905-ci il inqilabını puça çıxarmaq üçün Azərbaycan şəhərlərində əsrlərlə yan-yana dost kimi yaşamış türk və erməni millətlərinin arasına nifaq saldı. Çar hökuməti bu zaman ermənilərə kömək etməkdən belə çəkinmədi. Ruslar azərbaycanlıların xoş gününü heç vaxt istəməyiblər. Azərbaycan xalqı, bu gün olduğu kimi milli varlığı, din, dil, adət və ənənəsi ilə daima rusların diqqətini cəlb edib Ruslarda qanşuda güclü dövlətdən qorxu xofu yaradıb. Azərbaycan xanlıqların istiqlalına çar Rusiyası tərəfindən zorla son qoyulduqdan sonra da xalqın tərəqqi və təkamül yolunda göstərdiyi fəaliyyəti və əldə etdiyi uğurları davam etməsi rusları təşvişə salırdı. Çar Rusiyasının ən mühüm siyasətindən biri Azərbaycan türklərini qaranlıq və cəhalət içində saxlamaq olmuşdur. Azərbaycan ziyalılarının ardıcıl şəkildə nümayiş etdirdiyi bilik, qabiliyyət, vətənpərvərlik, qeyrət sayəsində Azərbaycanda gündən-günə artan rifah və hər mənada inkişaf bu günkü kimi Rusiyanın təşvişinə, qısqanclığına səbəb olurdu. Bunun qarşısının alınması üçün Rusiya coğrafiyda ermənilərin iştişaş salmaq üçün təşviq eilməsini həyata keçirərk bu günə qədər davam edən və sonu görünməyən düşmənçilik toxumu səpdi.
(28 May 1918). İzahına ehtiyac gördüyümüz bu qeydlərdən sonra, «Difai» firqəsinin yaranma səbəblərini və hadisələri xatirə dəftərindən nəqlən açıqlamağa keçək. Gəncə şəhəri Gəncə çayı ilə ikiyə ayrılmışdır. Şəhərin dağlıq hissəsində və dağlara doğru olan kəndlərdə ermənilər, obalıq hissəsində obaya uzanan kəndlərdə isə türklər yaşayırdı. Gəncənin türk məhəllələri arasında Noraşen adlı bir erməni məhəlləsi də var idi. Əsas türk məhəllələri isə bunlar idi: Ozan, Zərrabi, Əttarlar, İmamlı, Dördyol, Sofulu, Səfərabad, Toyuqçu, Böyük Bağban, Bala Bağban, ermənilərin yaşayış hissəsində isə üç türk məhəlləsi -Molla Cəlilli, Çaylı, Hacıməlikli məhəllələri də var idi. Türklərlə ermənilər arasında nifaq düşəndən sonra bu məhəllələrin sakinlərindən qadınlar, uşaqlar və yaşlılar Gəncə çayını keçərək Türklər yaşayan məhəllələrə pənah aparırdılar. Məhəllədə qalan kişilər isə ermənilərə qarşı vuruşurdular. Ermənilər qadınlı-kişili türk məhəllələrində boş qalmış evlərə soxulur və talan edirdilər. İgidliyi ilə məşhur Tatoğlu Qara öz adamları ilə birlikdə ermənilərə ağır zərbələr vururdu. Ermənilərin özləri onu öldürməyə cürətləri çatmadığından rus əsgərlərini ələ alaraq onların vasitəsi ilə öldürtdülər. Tatoğlunun ruslar tərəfındən öldürülməsini Gəncə əhalisi hüznlə qarşıladılar. Bu hadisədən sonra türk-erməni münaqişəsi təzədən qızışır. Ermənilər tərəfınə iş üçün getmiş olan müsəlmanlar orda öldürüldüyü kimi, türk məhəllələrində alver edən ermənilər də burada qətl edilirdilər. Diqqəti cəlb edən bu idi ki, çar hökuməti və məmurları bu mühüm qanlı qırğına münasibətdə seyrçi mövqe tuturdu. Qırğının ikinci günü iki tərəf də hazır vəziyyətdə bir-birilərinə hücum etmək işarəsi gözləyirdi. Bu əsnada Bakıda və Qarabağda da qanlı savaşların başlandığı xəbəri Gəncədə sürətlə yayılmağa başladı. Əldə edilən məlumata görə, Qarabağdan gələn xəbərlər daha faciəli idi. Qarabağda ruslar ermənilərə silah və hərbi sursatla kömək etdikləri üçün türkələrdə silah və hərbi sursat çatışmırdı. Qarabağa yardım etmək isə çətinləşirdi. Vəziyyət çətinləşdirkcə mübarizə aparmağa ehtiyacda artırdı. Beləliklə “Difai” təşkilatının yaranması zərurəti artıq gerçəkləşdir.
"Difai" yaxşı təşkilatlanmış və silahlanmış terrorçu "Daşnaksutyun"un müqabilində müdafiə təşkilatı kimi yaradılmışdı. Əslində bu təşkilatın yaradılmasına sövq edən amil bundan ibarət idi. Lakin partiya təkcə hərbi məqsədlər güdmürdü. Bu, partiyanın proqramından da görünürdü. Həmin proqramın layihəsi 1906-cı ildə Ə.Ağayev tərəfindən dərc edilən "İrşad" qəzetinin ("İrşad" sözünün mənası "Haqq yoluna çağırış" deməkdir - Müəllif) 213-cü nömrəsində dərc edilmiş, həmçinin jandarm məlumatlarında qalmışdır. Bu layihəni bəndlər üzrə dəqiq ifadə edilmiş proqram adlandırmaq çətin olsa da, partiyanın əsas məqsəd və vəzifələri, eləcə də onlara çatmaq yolları burada kifayət qədər aydın şərh edilmişdir. Partiya öz xalqını erməni-müsəlman münaqişələrindən xilas etməyi və onu maarifləndirməyi özünün başlıca və əsas məqsədləri elan edir. Bu məqsədə çatmaq üçün partiyanın iki vasitəsi vardı: təhsil və güc, yəni partiya öz xalqına təhsil verməyə, nadan kütlələri maarifləndirməyə, digər tərəfdən güc vasitəsilə onu xarici düşmənlərdən və hökumətdəki satqınlardan xilas etməyə şərait yaratmalıdır. Proqramın mübariz tonu partiyanın özünün yaranmasını şərtləndirmiş və kütlələrin əhval-ruhiyyəsinə cavab verən səbəblərlə bağlı idi. Proqramda deyilirdi: "Hökumət dairələri, xüsusən cənab Vorontsov-Daşkovun canişin olduğu kədərli günlərdə erməni "Daşnaksutyun" terror təşkilatının bombaları və güllələri qarşısında qorxaqcasına baş əydilər, bu təşkilatın Qafqazda itaətkar alətlərinə çevrildilər. Yerli hakimiyyət orqanları "Daşnaksutyun"un əlində miskin bir vasitə oldular, o da mütəşəkkil qoşunlara malik olduğundan və hökumət öz alətinə çevrildiyindən, müsəlmanları Qafqaz diyarından sıxışdırıb çıxarmağı, onları məhv etməyi, onların torpaqlarına yiyələnməyi, sonra isə öz Milli İdarəsini yaratmağı əsas məqsəd kimi qarşıya qoymuşdu". Partiyanın proqramında daha sonra deyilirdi: "Vorontsov-Daşkovun, "Daşnaksutyun" terrorçu başçılarının bu qorxaq dostunun və onun əlaltısı, elə onun kimi qorxaq quldur Qoloşşapovun səhlənkarlığı sayəsində "Daşnaksutyun" öz planını həyata keçirmək üzrədir. Zəngəzur qəzası, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının Qoloşşapov, Kleşşinski, Mitskeviç, Smorodski kimilərin rəhbərliyi altında "Daşnaksutyun" tərəfindən talan edilmiş hissələri əslində ermənilərin əlinə keçmişdir. Minlərlə müsəlman kəndlilərinin evlərinə od vurulmuş, bu ailələr oradan qovulmuşdu. Müflis vəziyyətdə Yelizavetpol quberniyasında sərgərdan gəzib dolaşır, heç yerdə nə sığınacaq tapır, nə müdafiə, nə qida, nə də yaşamağa bir yer tapırdılat. Digər tərəfdən izah edilirdi ki, öz millətimizin "qabaqcıl adamları" öz xalqı üçün heç nə etməmiş, yalnız onu bir-biri ilə düşmənçilik aparan müxtəlif qruplara bölmüşlər. Onlar xalqı nə nadanlıqdan, nə də onun inkişafını ləngidən və bütün hüquqlarını əlindən almış hökumətin təzyiqindən xilas etmədilər. Bu əməllərin nəticəsi göz qabağındadır. İndi bizim xalqımız məhv olur. Bir tərəfdən xarici düşmən bizi sıxışdırır, digər tərəfdən özümüz-özümüzü talanlar və qətllər yolu ilə məhv edirik. Proqramda daha sonra deyilir: "Buna görə də Şimali Qafqazdan, Dağıstandan və Zaqafqaziyadan olan minlərlə igid və öz xalqını sevən gənc bir yerə toplaşaraq müqəddəs Qurana and içərək "Difai" partiyasını yaratmışlar". “Difai” təşkilatı Daşnaqksutyun terrorunun qarşısnı xeyli almışdı.
Müasir dövrdə artıq erməni terroru Ermənistan dövləti tərəfindən rəsmi olaraq dəstəklənir. Elə buna görədə dağlarda döyüş keçirilməsi zərurətinin gerçəkləşəmə zamanıdır. “Difai” yə ehtiyacımız var.
Layihə rəhbəri Radə Abbas

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı