“Bakıda BNA-nın 500-600 əmkdaşı var ki, insanları qarabaqara izləyib, şəkillərini çəkirlər. Bunu tək mən yox, onlarla deputat qətiyyətlə bəyənmir və tənqid edir. Əgər siz bir dövlət qurumunun nümayəndəsisinizsə, ilk növbədə, gəlib vətəndaşlara izah eləməlisiniz ki, burada avtomobil saxlamaq olmaz. Şəkil çəkəndə bunu mütləq bildirmək lazımdır, gizli çəkib qaçmaq, gizlənmək yox!”.
Bu sözləri Redaktor.az-a millət vəkili Rufət Quliyev Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətində olan problemlərdən danışarkən deyib. O bildirib ki, BNA-nın kifayyət qədər yaxşı işləri də var, amma müəyyən məsələlər bu qurumun işinə kölgə salır:
“Misal üçün, taksilərin fəaliyyəti ilə bağlı agentlik tərəfindən səsləndirilən təklif heç də dügün deyil. Mən də taksilərin fəaliyyətində qayda-qanunun yaradılmasına tərəfdaram. Amma hamımız bilirik ki, bunun axırı hara gedir. Ölkədə 40 minə yaxın insan taksi əaliyyəti ilə məşğul olur. Bu insanlar çörək pullarını qazanırlar. Bu 40 minin ailə tərkibini də 4 nəfərdən götürsək, bu da 160 min edir. Yəni, 160 min insanın çörəyi bu sahədən çıxır. Bu insanların işinə müdaxilə etmək, gərginlik yaratmağa dəyməz”.
Millət vəkili BNA əməkdaşlarının gizli şəkildə avtomobilləri çəkdiyini bildirib:
“Təsəvvür edin ki, çəkib gedəndən sonra vətəndaşa SMS göndərirlər ki, 20 manat cərimə olunmusunuz. Hələ 2 manat guya güzəşt edirlər. Bu qəti şəkildə düzgün deyil. Dövlət qurumunun nümayəndəsi gəlib vətəndaşa qanunu pozduğunu bildirməlidir. Gözümlə görmüşəm ki, şəhərdə taksi sərnişini düşürdəndə BNA-nın əməkdaşları şəklini çəkib, sonra qaçdılar. Bu nə deməkdir?! Taksi gedə-gedə sərnişin özünü atmalıdır? Əlbəttə ki, bu, dözülməz bir haldır”.
Qeyd edək ki, millət vəkilinin geniş müsahibəsini aşağıdakı videodan izləyə bilərsiniz:
hemlemedia.az