hemle

AĞLINIZA GƏLƏNİ YAZIRSIZ”- BNA-DAN SƏRT REAKSİYA

Tarix:7-05-2020, 16:11
Baxış Sayı:423

İctimai nəqliyyatda sıxlıq yaranması sərnişinlər arasında hər zaman narazılığa səbəb olub. Koronavirus pandemiyası ilə bağlı elan edilmiş xüsusi karantin rejimində də eyni hallar yaşanmaqda davam edir. Bununla bağlı insanlar sosial şəbəkələrdə fotolar paylaşaraq durumdan narazılıqlarını bildirilər.

ONN media xəbər verir ki, belə fotolardan birini də jurnalist İsmayıl Nəsibli paylaşıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev elə həmin paylaşıma şərh yazaraq ittihamlara kobud şəkildə cavab verib.

O bildirib ki, vəziyyətin belə olmasında, avtobuslarda sıxlığın yaranmasında elə sərnişinlər özləri günahkardır: “Gəlin çıxaq, bir yerdə intervalı gecikdirən onlarla səbəb göstərim sizə. Yazanda bir az obyektiv olun. Çox istərdim digər xarici şəhərlər kimi karantin vaxtı ictimai nəqliyyat tam dayanardı və ya xüsusi icazə ilə olardı. Bax onda hamı üçün daha yaxşı olardı. Məsələyə dair boş-boş, həqiqətə uyğun olmayan şərh yazanlar, xahiş edirəm, bir qədər obyektiv olun.

Bir neçə gündür avtobuslarda milyondan artıq insan daşınır. Bir milyon sərnişini sosial məsafə gözləməklə daşımaq üçün Bakı şəhərinə 66 mindən artıq avtobus lazımdır. Bakı şəhərinin avtobus parkı “bezrazmer” deyil. Bizdə N sayda deyil, bəlli bir sayda avtobus var.

Martın ortalarında bütün əməkdaşlar istirahətsiz proseslərə cəlb edilib. Bu qədər əziyyət çəkilir. Siz isə görülən işlərə xətt çəkib hər ağlınıza gələni yazırsız. Hamı çöldə, bayırdadır. Bankların, kafe, restoranların qarşısı – hamısı adamla doludur. Gözlənilir sosial məsafə? Siz və digərləri isə ancaq avtobusları hədəfə alıbsız. Bir aydan çoxdur sərnişindaşıma ayaqda tək qalıb. Çox yaxşı olar dayandırılar, siz də rahat olarsız, inanın, biz də

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ