hemle

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət göndərib - Atəş.az

Tarix:25-02-2017, 12:06
Baxış Sayı:988

Təşkilatdan müraciət BMT-nin baş katibi Antoni Quterresə ünvanlanıb.

Müraciətdə qeyd olunur ki, İranın cənub qərb bölgəsindəki Xuzistan əyalətində əhalinin havanın çirklənməsinə qarşı keçirdiyi mədəni etiraz aksiyası zamanı rejimin silahı müdaxiləsinə məruz qalıb: “İllərdir bu əyalətdə insanlar təbii su qaynaqları və yeraltı zənginliklərinə baxmayaraq Tehran rejimi tərəfindən həddən artıq məhrumiyyətə məruz qalıb. Əhvaz əyalətində ərəb xalqı ölkənin rifahından daha az faydalanıb. Bu əyalətin əhalisinin ehtiyaclarına baxmayaraq, bütün yeraltı qaynaqlar digər əyalətlərə sövq edilib. Nəticədə onlar içməli su və təbii qazdan məhrum olunublar. Ərəb xalqının problemlərinə torpaq fırtınasını, qasırğaları da əlavə etsək demək olar ki, son illər onların gündəlik həyatı bir böhrana çevirilib.

Ötən həftə Al-Əhvaz vilayətinin əhalisi ən təməl insani hüquqlarını yəni, sağlam həyat haqlarını müdafiə etmək üçün qubernatorluq binası qarşısında etiraz aksiyası keçiriblər. Mitinq tamamilə mədəni şəkildə təşkil olunub. Aksiyaçılar dövlətdən bu vəziyyətdən çıxış yolu tapmaq üçün kömək məqssdilə toplaşıblar. Amma bu aksiya İran dövləti təhlükəsizlik gücləri tərəfindən zorakılıqla qarşılanıb. Təbiətin ərköyünlüyünə qarşı həyat mübarizəsi bir yana, amma zalım İran rejiminin məzlum Al-Əhvaz xalqına təzyiqləri yatırılmalıdır. BMT-dən təcili olaraq bu məsələnin həll edilməsini xahiş edirik”.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq