hemle

Dünəndən bu günə, bu gündən sabaha baxış bucağı

Tarix:9-09-2020, 18:06
Baxış Sayı:532

2007-ci ildə, uzun illərdi Türkiyədə yaşayan köhnə dostlarımdan biri, Milli Azadlıq Hərakatının fəalı olmuş mozaika üzrə təsviri sənət ustası Əhməd Rza ilə görüşdük. Milli Azadlıq Hərakatı dövrü, sonrakı baş verənlər barədə uzun-uzadı söhbət etdik. Ayrılanda mənə Türkiyədə çap olunmuş bir kitab bağışladı və “vaxtın olanda oxuyarsan, faydalı olar” dedi. Kitabın adını dərhal oxudum: “Azərbaycanda demokrisi: addım-addım təslimiyyat!”.
Kitabın adı diqqətimi necə çəkdisə, Əhməd bəydən ayrılan kimi onu vərəqləməyə başladım. Yəqin tarixi sənədlərə əsaslanan həmin kitabı Azərbaycanda çoxları oxuyub və orda bəzi xarici dövlətlərin məhz demokratiya, hürriyyət adı altında ötən əsrin əvvəllərində qos-qoca Osmanlının içində necə təfriqə saldığından, sonrakı illərdə Türkiyənin içinə qədər sızdırılmış müxtəlif dövlətlərin və cərəyanların bu qədim Oğuz diyarını parçalamaq üçün hansı əməllərə əl atdıqlarından xəbərdardır. Kitabın giriş hissəsində yazıldığı kimi, onun yazılmasında və nəşr edilməsində başlıca məqsəd də ondan ibarətdir ki, Türkiyənin başına gətirilənlərdən Azərbaycan xalqı xəbərdar olsun və onların bir zamanlar buraxdıqları səhvləri təkrarlamasın.
Bundan sonrakı dövrlərdə zaman-zaman qardaş ölkənin televiziya kanallarında efirə çıxan “Diriliş Ərtoğrul”, “Möhtəşəm yüzil”,“Vətənim sənsən”, “Paytaxt Abdulhəmid” və hazırda davam edən “Quruluş Osman” serialları da bizlər üçün əsil örnəkverici tarixi gerçəkliklərin inikasıdır.Müstəqil türk dövləti olan Səlcuqilərin qüdrətlənməsi və düşmənlərə qarşı gerçək dövlət mövqeyi ilə savaş acması müqabilində dövlətin ən yüksək pilləsində oturan, Baş Əmir vəzifəsini daşıyan Sadəddin Köpək, Əmir Bahəddin kimiləri özlərinin qul-beçələrini başlarına yığıb türk dövlətinin mənafelərini Bizansa və Monqollara satır. Eyni vəziyyətlə, əslində həmin serialın davamı olan “Quruluş Osman”da qarşılaşırıq. Alışar bəy və onun kimi satqın ünsürlər hər vasitə ilə düşmənin üstümüzə ayaq açmasına şərait yaradır və yeri gəlincə bizdən olan gerçək vətənsevərləri məhv etməkdən belə çəkinmir. Bənzər hadisələrlə “Paytaxt Əbdülhəmid”də də qarşılaşırıq.Burda da Böyük Yəhudi İmperiyası yaratmaq istəyən sioniastlərlə iş birliyində olan Mahmud Paşa, əvvəlkilərdən fərqli olaraq dövlətin yüksək rütbəli yetkilisi olmaqla yanaşı, həm də Osmanlı Sultanı Əbdülhəmidin kürəkəni, bacısının həyat yoldaşıdır. Nəzərə alsaq ki, bütün bu seriallar tarixi həqiqətlərə istunad edilərək istehsal edilib və əsas obrazların hamısı tarixi simalardır, o zaman türkün tarixində hər zaman içimizdən olan və dövlətin ali rütbəsini daşıyan ikiayaqlı məxluqların xəyanət tarixinin çox keçmişlərə gedib çıxdığının şahidi olarıq.Həm də onun şahidi oluruq ki, bütün belə yaramaz, xain simalara (Oxu:simasızlara) rəğmən, Ərtoğrul da , Osman da, Əbdülhəmid də qalib çıxırlar və özləri ilə bərabər türk xalqını da qələbədən-qələbəyə aparırlar. Bu qədər xəyanətlər burulğanında olmalarına rəğmən özlərindən qat-qat güclü düşmənləri necə enə bildilər, mənsub olduqları türk xalqını qələbədən-qələbəyə necə apara bildilər bu türk dünyasının qüdrətli sərkərdələri? Təbii ki, ilk səbəb onların haqqa, ədalətə söykənən sərkərdəlik keyfiyyətləri və haqqın, ədalətin ən böyük dayağı olan yaradanın qüdrətindən pay verilməsi bu qələbələrdə önəmli rola malikdir. İkinci əsas dəstək isə haqqa, ədalətə söykənən bu yenilməz qüdrət sahiblərinə olan xalq sevgisi və bu sevgi ilə yoğrulan xalqın gücü olmuşdur.
İndi gələk müasir dövrümüzə. Tarix hər zaman təkrarlanır, ancaq Azərbaycanda bu tarix sadəcə təkrarlanmır, eyni ilə əksini tapır. Bu günün Ərtoğrul Qazisi də, Qazi Osman Paşası da, Sultan Süleymanı da, Sultan Əbdülhəmidi də hər birimizə məlumdur, Sadəddin Köpəkləri də, Əmir Bahəddinləri də,Bəypoladları (Albastları) da, Mahmud Paşaları da... Oxucum sual verməkdə haqlıdır ki, hamısı məlundursa, bu yazıya nə ehtiyac var, məlum olanı hamımız biliriksə? Elə deyil, əziz oxucum. Məlum olmayan bir məqam var: Bizlər, bu günün sadə türk övladları o dövrlərdəki sadə türk övladları kimi sərkərdəmizə dəstək verə bilirikmi? Nəzərə alsaq ki, o dövrlərdə türk babalarımız iki-üç məlum düşmənlə vuruşduğu halda, bu gün Azərbaycan türkləri həm daxildə, həm də xaricdə, bilinən və bilinməyən onlarla düşmənlə savaşır. Və bu savaşanların hamısı da türkün yeni dirçəlişindən qorxur ki, bu dirçəlişin də Azərbaycanın ilbəil güclənməsindən, Türküstanla Türkiyənin birliyinin bu inkişafdan keçdiyini yaxşı anlayırlar. Belə tarixi keşməkeşli dönəmdə dövlətimizə, onun yenilməz rəhbərinə gerçək xalq dəstəyi gərəkdir. Şükür, xalqımız on illərdir ki, bu dəstəyini tərəddüd etmədən ortaya qoyur. Lakin indi, hesab edirəm ki, daha böyük dəstək, fədakarlıq tələb olunur hər birimizdən. Bunu etməsək tarix və gələcək nəsillər bizi bağışlamayacaq. Bunu etməsək hələ də millət ola bilmədiyimizi dünyaya göstərmiş olacağıq. Haydı, Azərbaycan türkü, milət olduğuimuzu dünyaya göstərək. Həm daxili, həm də xarici düşmənlərə qarşı açıq savaşda bulunan dövlətimizə və sərkərdimizə elə dəstək verək ki, düşmən xalqın da yenilməzliyini görsün. Görsün və çəkilib yuvasında dollarını, avrosunu, rublunu “yesin”. Sabahımızın, qüdrətli və yenilməz gələcəyimizin, firavan həyatımızın təminatı naminə bunu etməliyik və etməsək gələcəyin ittihamları başımızın üstündən Domokl qılıncı kimi asılacaq. Birləşək və yenilməz liderimizə yenilməz xalq olduğumuzu göstərək. Düşmənə dost deyənləri də düşmən bilməkdən çəkinməyək. Düşmənimizin düşməni dostumuz ola bilər, ancaq düşmənimizin dostu elə düşmənin özüdür. İçimizdəki düşmən dostlarını təmizləyənə və torpaqlarımızı azad edənə qədər müqəddəs savaşda bir olaq və birliyimizi pozanlara yerini göstərək! Tanrı millətimizə yar və yardımçı olsun! AMİN!
ATESH,Az

Digər xəbərlər
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti
08:44 İş və istirahət günlərinin yerləri dəyişdirildi
08:41 “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir?
08:33 Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı
08:28 18-ci əsrdə tüğyan edən xəstəlik bu ölkəni CƏNGİNƏ ALDI
08:25 Tibbdə İNQİLAB - Virusları tutmaq mümkün oldu
08:22 Gündüz yuxusu olduqca FAYDALI İMİŞ - "Amma 30 dəqiqədən çox yatsanız..."
19:48 İnfarktı əngəlləməyin sadə yolu....