hemle

AKTAUDAN DAHA 36 AZƏRBAYCANLI VƏTƏNƏ GƏTİRİLİR

Tarix:7-09-2020, 22:31
Baxış Sayı:572

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalan daha 36 vətəndaşımız ölkəmizə göndərilib.

hemlemedia.az saytı xəbər verir ki, Azərbaycanın Aktaudakı Baş Konsulluğundan verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” (11 nəfər), “Professor Gül” (21 nəfər), “Balakən” (4 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 virusu ilə bağlı testdən keçiblər.

Bu günə qədər Aktaudan ümumilikdə 559 vətəndaşımız gəmi vasitəsilə ölkəmizə yola salınıb.

Xatırladaq ki, Baş Konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.
ATESH,AZ

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı