hemle

Paşinyan Xankəndinə generalları topladı - FOTO

Tarix:30-08-2020, 18:09
Baxış Sayı:522

ATESH,AZ saytı yayımladı.
Ermənistanın baş naziri Nikol Paşinyan dünən növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və burada generallarla müşavirə keçirib.

KONKRET.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Qarabağ müdafiə ordusunun” qərargahında keçirilən müşavirə zamanı Ermənistanın qondarma rejimlə “hərbi əməkdaşlığının dərinləşdirilməsi” planları müzakirə olunub. Bu formal ifadə əslində Ermənistanın Qarabağa yeni silahlar və ola bilsin əlavə hərbi qüvvələr yerləşdirmək mənasını verir. Habelə bildirilir ki, “rəqibə qarşı çəkindirici mexanizmlərin daha da təkmilləşdirilməsi” müzakirə olunub.

Müşavirədə Qarabağdakı işğalçı qüvvələrin yüksək rütbəli komandirləri, habelə Ermənistanın müdafiə naziri David Tonoyan iştirak edib. Bildirilir ki, Tonoyan Paşinyandan əvvəl Qarabağa gəlib və döyüş mövqelərinə baş çəkib, hərbçilərlə görüşüb.

Düşmən ölkənin hərbi-siyasi rəhbərliyinin Qarabağa səfərlərinin son vaxtlar intensiv xarakter alması Ermənistanın təhrikedici addımları, Azərbaycan xalqının heysiyyatına toxunan hərəkətləri davam etdirdiyini göstərir. Digər tərəfdən Rusiya iyul ayının ortalarından başlayaraq Ermənistanın silahlandırılması üçün Bakıda ciddi narahatlıq və etiraz doğuran addımlar atır. İstisna deyil ki, Rusiyanın Ermənistana daşıdığı yeni silahların və hərbi texnikanın bir qismi ləngimədən Qarabağda yerləşdirilir və Paşinyanın indiki səfəri həm də bununla əlaqəlidir. Həmin silahlara o cümlədən pilotsuz təyyarələrə qarşı tətbiq edilən radioelektron mübarizə vasitələri də daxildir.

Bütün bunlar Rusiyanın danışıqları bərpa etmək cəhdləri ilə bir vaxtda baş verir və rəsmi Bakıda anlaşılmazlıq yaradır-əgər Moskvanın niyyəti doğrudan da pozulmuş danışıqları bərpa etmək və münaqişənin dinc yolla nizamlanması prosesinə hansısa təkan verməkdirsə o zaman Ermənistanı silahandırmaq nəyə hesablanıb? Hansı ki, Moskvadan göstərilən bu hərbi dəstək Yerevanın təhrikedici addımları davam etdirməyə ruhlandırır. virtualaz.org
ATESH,AZ

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ